İnter Fanklubu 2004-cü il setyabr 15-də təsis edilib. Fanklub yarandığı gündən əldə etdiyi uğurlarla kifayətlənməyib, daim irəliyə doğru addımlayır.
2007-ci ildə Fanklubda struktur dəyişikliyi baş verdi. Səsvermə yolu ilə Ruslan Muradov fankluba prezident postuna təyin olunandan sonra idarə heyyəti, qəsəbələr üzrə əlaqələndiricilər və ictimayyətlə əlaqələr üzrə koordinator təyin edildi.
İnter Fanklubu öz komandası kimi gəncdir. Gənc olmasına baxmayaraq 500 yaxın üzvü var. İnter Fanklubunun rəhbərliyi və idarə heyyətinin üzvlərinin planlı şəkildə görülən tədbirlər nəticəsində Fankluba üzv olmaq istəyənlərin sayı durmadan artır. İnter Fanklubunun amalı digər fanklublarla dostluq münasibətləri qurmaqdır. Bu yöndə İnter Fanklubunun rəhbərliyi bir sıra tədbirlər həyata keçirib. İnter Fanklubunun üzvləri klub komandalarımızı Cempionlar Liqası və Avroliqa oyunları, Azərbaycan Milli Komandasının seçmə mərhələ və yoldaşlıq oyunları zamanı cəm şəkildə toplaşıb, stadiona gəlib və 90 dəqiqə dayanmadan öz dəstəklərini komandalardan əsirgəmirlər.
İnter Fanklubunun bir devizi var: Meydanda 90 dəqiqə rəqib, meydandan kənarda dostuq.
İnter Fanklubunun rəhbərliyi və idarə heyyəti üzvləri mütamadi olaraq İnter fanatlarını bir yerə yığıb azərkeş mədəniyyətini, stadionlarda özünüaparmaq qaydasını və digər fanklub nümayəndələrinə hörmətlə yanaşmaq qaydalarını onlara aşılayır.
İnter Fanklubunu respublikanın ən mədəni fanklubu adlandırırlar.