Boş qalmış məşqçi postuna əsas namizəd Roman Cəfərovdur PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
28.07.10 06:25

alt     “İnter”komandasında boş qalmış məşqçi postuna əsas namizəd “İnter”in əvəzedici komandasının baş məşqçisi Roman Cəfərovdur.Onun namizədliyini “İnter” komandasının baş məşqçisi klubun rəhbərliyinə təklif edib.
  “Dünən mən klubun prezidenti və direktoru ilə görüşüb boş qalmış məşqçi postuna Roman Cəfərovun namizədliyini irəli sürdüm.Yaxın bir-iki günə bu məsələyə aydınlıq gələcək.Roman Cəfərov uzun müddətdir ki,bizim ilə çəlışır və o çox etibarlı işçidir.Əsas komandada məşqçi postunda işləyən roman Cəfərov eyni zamanda əvəzedici komandaya da rəhbərlik edə bilər.Hal-hazırda biz əvəzedici komandaya daha çox diqqət ayırmaq niyyətindəyik və o komandada olan istedadlı gəncləri əsas komandanın heyətinə cəlb etmək istəyirik” – bu sözlər “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.