Georgi Nikolov: "Üçüncü təsnifat mərhələsinə adlamaq bizə qismət deyilmiş" PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
23.07.10 19:19

alt     “İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov müsahibəsində bu oyunun təəssüratları,komandasının sərgilədiyi oyun haqqında danışıb və qeyd edib ki,bu oyunda sərgilədiyi oyuna görə “İnter” komandası ən xoş sözlərə layiqdi.


- Poznanda keçirilən qarşılaşmanın belə dramatik və psixoloji cəhətdən ağır keçəcəyini gözləyirdiniz?


- Mən bu oyunun ağır keçəcəyini bilirdim,amma bu dərəcədə dramatik oyun olacağını heç ağlımdan keçirtmirdim.Hesab 1:0 olandan sonra mən fikirləşirdim ki,futbolçular özlərində güc tapıb ikinci qolu da vuracaqlar.Lakin rəqib komandanın müdafiə xətti bu oyunu çox yüksək səviyyədə keçirtdi.Oyundan sonra mən özümə yer tapa bilmirdim.İlk oyundakı məğlubiyyətdən sonra rəqib meydanında “Lex” komandası kimi gücülü rəqibi 90 dəqiqənin tamamında məğlub edib və penalti seriyaları nəticəsində oyunu uduzmaq məni çox üzdü.


- Oyunun taleyi penalti seriyalarına qalanda siz komandanızın qələbəsinə inanırdınız?


- Həmən vaxt mən bu barədə fikirləşmirdim.Mən oyunsonrası penalti seriyalarını daim lotoreya adlandırmışam.Penalti seriyalarında bəxt hansı komandanın üzünə gülürsə həmən komanda qələbə qazanır.


- “İnter”in sərgilədiyi oyun sizin xoşunuza gəldi?


- Bəli,komandamızın futbolçuları bu oyunu çox yüksək səviyyədə keçirtdilər.Futbolçularımız meydanda taktiki cəhətdən çox ağıllı futbol sərgilədilər.Komandamız sona qədər meydanda döyüşdü.Qol vurandan sonra bir balaca bəxtimiz gətirsəydi ikinci dəfə də fərqlənə bilərdik.Lakin üçüncü təsnifat mərhələsinə adlamaq bizə qismət deyilmiş.


- Bu qarşılaşmada “İnter” komandasının futbolçuları altı sarı vərəqə ilə cəzalandırıldılar...


- Bu qarşılaşmada sarı vərəqələrin hamısı heç də kobud oyuna görə göstərilməmişdir.Hakimlər briqadasının yerli komandaya olan simpatiyası açıq aşkar hiss olunurdu.Bütün mübahisəli epizodlarda hakimlə “Lex” komandasının xeyirinə qərarlar qəbul edirdilər.Eyni zamanda mən hesab edirəm ki,polşalıların hakimlərin köməyinə ehtiyyacı yox idi.Bütün bunlara baxmayaraq hakimlər briqadısının qəbul etdiyi qərarlar oyunun nəticəsinə təsir etmədi.


- Azərbaycanda “İnter” komandasının bu oyununu çox az sayda azərkeş izləyə bildi.Siz necə düşünürsiniz azərkeşlər “İnter”in oyunundan məmnun qalıb çempion komanda ilə fəxr edə bilərlər?


- Mən bu sula cavab verməyə çətinlik çəkirəm.Hərdən mənə elə gəlir ki,azərkeşlər daim “İnter” komandasının oyunundan narazıdırlar.Qoy azərkeşlər özləri qərar versinlər ki,bu oyunda “İnter” necə çıxış etdi.Lakin onu da unutmaq olmaz ki, qarşılaşmada məhz bizim komanda qol vurub 90 dəqiqənin tamamında Polşa çempionunu məğlub etdi.Penalti seriyalarında isə bəxt amilinin böyük rolu var.

 

23.07.10 19:25 ərzində olan dəyişikliklər

Baxış sayı 129