"İnter" penalti seriyalarında məğlub oldu PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
22.07.10 18:57

alt     Dünən Çempionlar Liqasının II-ci təsnifat mərhələsinin cavab görüşləri keçirildi.”İnter” komandası Polşanın Poznan şəhərində “Lex” komandasının qonağı idi.
  Bu komandaların ilk oyununa rəğmən “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze komandasının start heyətində dəyişiklik etmişdi.Belə ki, müdafiədə Jivko Jelevin yerinə Danildo Assioli və yarımmüdafiədə Dmitriy Kruqlovun yerinə Nizami Hacıyev start heyətində meydana çıxmışdı.
  Matç “Lex” komandasının hücumları ilə başladı.Oyunun ilk 10 dəqiqəsində polşalılar yaratdıqları üç təhlükəli vəziyyət ilə yadda qaldılar.Lakin Dmitriy İnyaç,Artur Vixnyarek və Maniel Arboledanın zərbələrini “bankirlərin”gürcüstanlı qapıçısı Georgi Lomaya zərərləşdirə bildi.Bunun cavabında “İnter” komandası iki hücum təşkil edib “Lex” komandasının qapıçısını narahat etdi.Hər iki epizodda Robertas Poşkuşun vurduğu zərbələrdən sonra top qapıya düşmədi.Bundan sonra oyun tədricən bərabərləşdi və birinci hissənin sonlarında Georgi Lomaya yenə də öz ustalığını polşalılara göstərdi.Bu dəfə o Sergey Krivitsanın zərbəsini dəf etdi.
  İkinci hissə “İnter” komandasının minimal üstünlüyü şəraitində keçdi.Robertas Poşkuş bir neçə qol epizodunu boşa verəndən sonra onu meydanda Girts Karlsons əvəzlədi və topa ilk toxunuşdaca latviyalı forvard hesabı açdı.Bu epizodda sağ cinahda topu ələ keçirən Arif Daşdəmirov irəliləyib topu “Lex” komandasının cərimə meydançasına göndərdi.Petar Zlatinovun zərbəsini polşalıların qapıçısı zərərləşdirdikdən sonra top Girts Karlsonsun önünə düşdü və o öz növbəsində hesabı açdı. 84-cü dəqiqədə Girts Karlsonsun vurduğu qol oyunu əlavə vaxta daşıdı.
  Əlavə olunmuş yarım saat “Lex” komandasının hücumları şəraitində keçdi,lakin bu hücumlar “bankirlərin”müdafiəçiləri ilə məharətlə cərimə meydançası yaxınlığında boğulurdu.
  Oyunun əsas və əlavə olunmuş vaxtı 1:0 “İnter” komandasının xeyirinə bitdi və mərhələ adlayan komandanın adı penalti seriyalarından sonra bilinəcəkdi.Penalti seriyalarında bəxt “Lex” komandasının üzünə güldü və polşalılar 9:8 hesabı ilə qələbə qazandı.
  Bu məğlubiyyətə baxmayaraq “İnter” komandası polşalılarıə məğlub edən ilk Azərbaycan komandası kimi tarixə düşdü.