| Qış fasiləsinədək çempionatın ən yaxşı futbolçusu - Baçana Tsxadadze |
|
|
|
| Yazan Həsənov | |||
| 31.01.12 19:16 | |||
|
İnterfanklubunun rəhbərliyi,idarə heyət və üzvləri bu qələbə ilə Baçana Tsxadadzeni səmimi qəlbdən təbrik edir.
|




Daim yeniliklər və hər turdan sonra azarkeşlərin səsverməsi nəticəsində turun oyunçusunu müəyyən edən Taktika.az saytı qış fasiləsində daha bir səsveməni azarkeşlərin ixtiyarına buraxdı.Bu dəfə azarkeşlər səsvermə nəticəsində qış fasiləsinədək çempionatın ən yaxşı futbolçusunu müəyyənləşdirməli idilər. "İnter"in hücumçusu Baçana Tsxadadze 15 namizəd arasında 427 səslə səsvermənin qalibi adını qazanıb.İkinci yeri 341 səslə "Bakı" komandasının hücumçusu Uinston Parks,üçüncü yeri isə 308 səslə Neftçi"nin yarımmüdafiəçisi Flavinyo tutub.