Əhməd Manafov: "Biz bu görüşlərə ciddi hazırlıq görürük" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
22.01.12 19:15

alt"İnter" fanklubun Suraxanı rayonunun bölmə rəhbəri Əhməd Manafov klubun rəsmi saytına  çempionatın ikinci hissəsinə fanklubun necə hazırlaşdığını açıqladı.


"Fevralda çempionat oyunları bərpa olunacaq və biz də öz növbəsində bu görüşlərə ciddi hazırlıq görürük. Belə ki, biz azrtıq "İnter" futbolçuların rəngli bannerləri hazırladıq. Fikirləşirəm ki, bu bannerlər stadiona əlavə rəng qatmaqla yanaşı "İnter"in oyunçularına daha böyük motivasiya verəcək. Bundan başqa, biz "İnter" haqda bir meyxana hazırlamışıq və o, sizin sayt vasitəsiylə azarkeşlərə təqdim olunub. Qeyd etmək istərdim ki, yaxın vaxtlarda "İnter"ə aid daha bir meyxananın yazılmasını planlaşdırırıq. Bu meyxana komandamızın futbolçularına həsr olunacaq.

Sonda bütün futbol sevənlərə üz tutub "Şəfa" stadiona dəvət etmək istərdim. "İnter" həmişəki kimi çempionluğa layiq oyun göstərir və komandamızın oyunlarını izləmək əsl ləzzətdir"