Valeri Abramidze: Biz çempionat oyunlarına tam hazır olacağıq" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
22.01.12 05:30

 alt  “İnter”in təcrübəli müdafiəçisi Valeri Abramidze klubun rəsmi saytına müsahibəsində komandanın keçirdiyi toplanış barədə danışdı və “Karlsrue” komandasıyla dünən baş tutan qarşılaşma haqqında fikirlərini açıqladı.


-Arıtq bir neçə gündür komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyədədir. Bu toplanışın gedişi barədə nə deyə bilərsən?


-Bir neçə gün əvvəl məşqlərə başlamışıq. Futbolçuların çiyinlərinə böyük fiziki yükləmələr düşür, ancaq buna baxmayaraq uşaqlar səylə məşq edir və böyük həvəslə baş məşqçinin tapşırıqlarını yerinə yetirirlər.

-Komandayla birlikdə toplanışa bir neçə nəfər gənc futbolçu da yollanıb. Bu futbolçular haqqında nə deyə bilərsən? Komandaya uyğunlaşmaları üçün onlara komək edirsiniz?

-Gənc futbolçular əvəzedici heyətdə çıxış edən oyunçulardır. Deyə bilərəm ki, onların hamısı kifayət qədər perspektivli uşaqlardır. Uyğunlaşma barədə onu deyə bilərəm ki, komandamızda elə yaxşı atmosfer hökm sürür və heç uyğunlamağa xüsusi ehtiyac da yoxdur. Bizim komandada mehriban atmosfer var və bu şərait hər bir gənc futbolçuya kömək edir.

-Dünən komanda ilk yoldaşlıq matçını keçirdi və “İnter”in rəqibi Almaniyanın “Karlsrue” komandası oldu. Bu görüş haqqında fikirlərini bilmək maraqlı olardı...

-Hazırda biz hazırlığın başlanğıç mərhələsindəyik. Oyun ritminə daxil olmağımız üçün bizə vaxt lazımdır. “Karlsrue” kifayət qədər rəğbət doğurdu. Ümumilikdə oyun maraqlı alındı. Bu, bizim ilk yoxlama oyunumuz oldu və məhz buna görə də bir çox səhvlərə yol verdik. Ancaq biz çatışmazlıqlarımız üzərində çalışacağıq ki, növbəti oyunlarda həmin səhvlərə yol verməyək.

-Toplanışlar çempionat oyunlarına hazırlıq baxımından vacib rol oynayır. Sənin nəzərincə, hazırda keçirilən təlim-məşq toplanışının mövsümün ikinci hissəsində baş tutacaq matçlarda xeyirini görə biləcəyik?

-Mən buna şübhə etmirəm. Uşaqların səylə məşq etdiklərinə nəzər yetirərkən əminliklə deyə bilərəm ki, bu toplanışlar bizə çox kömək edəcək. Biz çempionat oyunlarına tam hazır olacağıq.