"İnter"in bu günki məşqi bir dəqiqəlik sükutla başladı PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
20.01.12 13:43

altMəlumat verdiyimiz kimi, "İnter" Türkiyədə təlim-məşq toplanışındadır və bu gün komandamız səhər bərpa məşqinə çıxdı.

Məşqdən öncə komandanın baş məşqçisi Kaxaber Tsxadadze bu gün 20 Yanvar faciəsinin 22-ci ildönümü olduğunu bildirdi və qanlı hadisələrdə həlak olmuş insanların xatirəsini bir qəqiqəlik sükutla yad olunmasını xahiş etdi. Gürcüntanlı mütəxəssis "İnter" komandasının məşqçi heyəti və futbolçuları adından Azərbaycan xalqına başsağlığı verdi, həlak olmuş insanlara Allahdan rəhmət, yaxınlarına isə səbr dilədi. 

Bir dəqiqəlik sükutdan sonra futbolçular müxtəlif tapşırıqları yerinə yetirdilər.

Əlavə edək ki, "İnter" bu gün axşam məşqinə də çıxacaq.

İnter.az