Kaxaber Sxadadze: "Heç də bütün futbolçular lazımi səviyyədə oynamadılar" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
20.01.12 12:42

alt   “İnter-“Karlsrue” yoldaşlıq matçından sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze oyun barədə fikirlərini açıqladı.


“Bu, bizim təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz ilk yoxlama matçı idi. Buna görə də, “İnter”in və “Karlsrue”nin oyun səviyyələrini müqayisə etməyə dəyməz. Biz məşqlərə yenicə başlamışıq, almanlarsa iki həftədir buradadırlar və toplanış çərçivəsində çox sayda məşq və yoldaşlıq oyunları keçiriblər. Buna görə də, bu gün onlar daha hazırlıqlı görünürdülər.
Səhvlər vardı və onlara görə də məğlub olduq. Heç də bütün futbolçular lazımi səviyyədə oynamadılar. Məsələn, bu gün baxışda olan serbiyalı yarımmüdafiəçinin oyunundan razı qalmadım və onun xidmətindən imtina edəcəyik. Bundan başqa, qeyd etmək istərdim ki, bu gün meydana “İnter”in əvəzedici heyətindən gənc Fuad Bayramovu buraxmışdıq. Hesab edirəm ki, klubun yetirmələrini tədricən əsas heyətə cəlb etmək lazımdır. Belə bir addım ixtiyarımızda daha çox yerli gənc futbolçunun olmasını təmin edəcək”.

İnter.az