| Elçin Həsənovun bloqu: "Halallıq yaxşı şeydir!" |
|
|
|
| Yazan Həsənov | |||
| 09.12.10 19:25 | |||
|
“Qarabağ”-“İnter” oyunun baş hakimi,FİFA referisi Vüsal Əliyev qarşılaşmanı ürəyi istədiyi kimi idarə etdi.Epizodların birində “İnter” komandasının hücumu zamanı top “bankirlər”in hücumçusu Robertas Poşkuşa ötürülür.Lakin hücumçunun arxasında olan müdafiəçi bilərəkdən əlini topun qarşısına qoyub mərminin istiqamətini dəyişir.Hamının 11 metrlik cərimə zərbəsi gözlədiyi bir halda Vüsal Əliyev özünü görməməzliyə vurub davam işarəsi verir.Bundan əlavə Bronislav Çervenkonu badalaq fəndi ilə cərimə xətti üzərində yerə sərirlər,lakin FİFA referisi bu epizoda da laqeyd yanaşır. XVI-cı turun daha bir qalmaqallı qarşılaşması “Azal” və “Neftçi” komandaları arasında keçirildi.Bu oyunu da FİFA referisi Elçin Məmmədov idarə edirdi və qarşılaşmanın baş hakimi cəsarətsizliyi ilə oyunun axarına öz təsirini göstərdi.”Azal” komandasının müdafiəçisi Elvin Əliyevə kobudluğa görə vaxtında sarı kart verməyən baş hakim sonradan oyunda yaşanan xoşagəlməz olayların birbaşa baiskarı oldu.Oyunda cəsarətsizlik edən Elçin Məmmədov “Futbol Saatı” verilişinə zəng vurub utanmayaraq veriliş iştrakçılarına və tamaşaçılara oyunun ipini əlində saxladığı üçün sarı kart göstərmədiyini bildirmişdir.Çox hörmətli Elçin Məmmədov sizi oyun zamanı gördüyünüzə düzgün reaksiya verib lazımı yerdə futbolçuları cəzalandırmaq üçün meydana buraxırlar.Amma siz meydanda özünüzdən Amerika kəşf etməklə məşğul idiniz. Turun daha bir oyunu Tovuz şəhər stadionunda “Turan” və “Xəzər Lənkaran” komandaları arasında baş tutdu.Bu qarşılaşmanın hakimi daha bir FİFA referisi Fariz Yusifov idi.Mənim şəxsi fikrimcə Fariz Yusifov bu qarşılaşmada qəbul edib və ləğv etdiyi qərarlarla Dünya futbol tarixinə düşməyə layiqdir.Bir oyun epizodunda ofsayd qərarını verib ardınca onu ləğv edib və bunun ardınca qol qedə alıb və onu da ləğv etmək hər hakimin işi deyil. İndi isə gəlin bu səhvlərin qaynaqlandığı nöqtəyə nəzər salaq.Bu nöqtənin adı Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovdur.Yay fasiləsi zamanı hakimləri başına yığıb Antalyaya toplanışa yollanan Hakimbaşı və eyni zamanda hakimlərin vəkili funksiyasını yerinə yetirən Xəqani Məmmədov ağısdolusu hakimlərimizin səviyyəsinin artdığını və toplanışın onlara yalnız xeyir verəcəyi barədə açıqlamalar verirdi.Amma sən sydığını say göe fələk nə sayır.Çempionat başlayandan bu günə qədər Premyer Liqada elə bir komanda qalmayıb ki,hakimlərin səhvləri ucbatından xal və ya xallar itirməsin.Hakimlərin haqsızlıqlarına etiraz edən klub rəhbərlərini isə heç kim eşıtmək istəmir.hər turdan sonra çox hörmətli Hakimlər Komitəsinin sədri və vəkili Xəqani Məmmədov oyunlarda baş verən bütün mübahisəli epizodlara baxdığını və hakimlərin düzgün qərar qəbul etdiyini deyib onları müdafiə edir. Bu da anlaşılandı.Bir anlığa təssəffür edin ki,Xəqani Məmmədov hakimlərin bütün paxırlarını üzə çıxarır.Belə olan halda AFFA rəhbərliyi Xəqani Məəmdovu məhşər ayağına çəkib hakimlərin toplanış vaxtı nə işlə məşğul olduğunu soruşacaq.Torbada olan pişik bax budur.Səhvləri etiraf edib cəzalanmaq qorxusu. Sonda hakimlərə səslənirəm.Sizin meydanda çəkdiyiniz əziyyəti AFFA rəhbərliyi lazımınca dəyərləndirir.Oyunları elə idarə edin ki,klub rəhbərliyinin tənəsi və azarkeşlərin naləsi ilə üz-üzə qalmayasınız.Hər bir işdə halallıq olduğu kimi qoy onlar da hər idarə etdiyiniz oyundan sonra sizə halallığını versinlər.Halallıq yaxşı şeydir!
|
|||
| 09.12.10 19:26 ərzində olan dəyişikliklər | |||
Baxış sayı 499 |




