Elçin Həsənovun bloqu: "Lex" komandası Avroliqanın 1/16 final mərhələsində" PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
02.12.10 13:24

 

alt   Dünən Avroliqanın qrup mərhələsinin oyunları keçirildi.Polşanın “Lex” komandası Poznanda “Yuventus”u qəbul edirdi.Polşalılar “Qara Sinyora”ilə layiqli mübarizə aparıb qarşılaşmadan bir xalla ayrıldılar və bununla da “Yuventus” komandasını qrupda saxlayıb Avroliqanın 1/16 final mərhələsinə adladılar.

   Atalarda bir misal var “Mıs-mıs deyəncən birdəfəlik sözünün mustafasını de”.Mən də sözümün mustafasını indi açıqlayacağam.Yaxın keçmişə nəzər salaq.13 iyul 2010-cu il tarixdə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda “İnter” komandası Poznanın “Lex” komandasını qəbul edirdi.”Bankirlərin” 1:0 hesablı məğlub olduqları oyundan sonra komandanın futboloçuları və məşqçilər korpusu tənqid atəşinə məruz qalmış,hətta bəzi yazarlar komandanın baş məşqçisi Kaxaber Sxadadzenin istefa verməli olduğu barədə məqalələr dərc etməyə başlamışdılar.

   Bir həftə sonra keçirilən cavab qarşılaşmasında heç kimin gözləmədiyi bir halda “İnter” komandası Poznan şəhər stadionunda “Lex”i eynihesabla məğlub edir.Lakin oyunsonrası 11 metrlik cərimə zərbələri zamanı bəxt polşalıların üzünə gülür və “Lex” mərhələ adlayan komanda olur.Bu qarşılaşmanın əsas vaxtı “bankirlər”in 1:0 qələbəsi ilə nəticələndiyi üçün “İnter” ilk dəfə Polşa klubunu məğlub edən komanda kimi Azərbaycan futbol tarixinə düşür.

   Lakin bu günə qədər bəziləri bu məğlubiyyəti yada salıb komanda üzvlərinə qıcıqlandırıcı atmacalar atırlar.İndi isə gəlin hər bir şeyə real olaraq nəzər salaq.Avroliqanın qrup mərhələsində “Lex” komandası “İnter”ə məğlub olduğu stadionda İngiltərənin məhşur “Mançester Siti” komandasını 3:1,Avstriya “Zalsburqu”nu 2:0 məğlub edib dünyaşöhrətli “Yuventus” komandası ilə 1:1 hesablı bərabərliyə qalır.Səfərdə İnglislərə 3:1 hesadı ilə məğlub olan “Lex” komandası İtaliyada “Yuventus”la 3:3 hesablı bərabərliyə qalır və qrupda 8 xal toplayıb vaxtındanəvvəl 1/16 final mərhələsinə adlayır.

   Mənə elə gəlir ki,”İnter” komandasının iki oyunun nəticəsinə görə polşalılara məğlub olduqları üçün “bankirlər”i suçlayanlar “Lex” komandasının uğurlarını görmürlər və yaxud görmək istəmirlər.

   Heç kimin xətrinə dəymək istəmirəm,amma bizim klublar “Lex” komandasının uğurunu təkrarlamaq üçün illərcə öz üzərlərində işləməlidirlər.Azərbaycan futbolunun bu günkü gününün reallığı budur və biz istəməsək də bununla barışmalıyıq.

   Lakin “Sən saydığını say,gör İnter nə sayır”. “İnter”in azarkeşləri sevdikləri komandaya inanır və əmindirlər ki,”bankirlər”çempionatın sonunda çempionluğunu qoruyub Avropa səhnəsində öz sözünü deyəcək.

   PS: “Bildiyinizi danışın,bilmədiyiniz sizi güdaza verər”!

 

02.12.10 13:26 ərzində olan dəyişikliklər

Baxış sayı 471