| "İnter"in Azərbaycan futbolunda çəkisi |
|
|
|
| Yazan Ağa-zadə | |||
| 22.01.10 15:53 | |||
|
İnter kimdir İnter nədir?
İnter Azərbaycan milli yığma komandasının tərkibini təşkil edən oyunçuların top qovduğu klubdur.Hər halda millinin demək olar ki 50 % məhs "İnter"in oyunçularıdır.Millini təmin edən klublar isə barmaqla saymaq olar.
İnter Azərbaycan tarixində ilk dəfə xarici klubların biri ilə əməktaşlıq edib futbolumuzun inkişafında əmək sərf edən klubdur.İtaliya Milanının məşqçiləri Bakıda yeniyetmə gənc oyunçuların seçimində iştirak edib yetənəkli gəncləri futbol naminə öz hesablarına İtaliyada təhsil verir.Başqa bir klub mənə göstərə bilərsinizmi ki belə bir addım atsın?Məncə yoxdur varsa mənə xəbər edin.
İnter bu il ilki olan azəri oyunçuların transferi zamanı öz oyunçusunu transfer edən iki klubdan biri oldu.Söhbət “İnter”in və millimizin müdafiyyəçisi Mahir Şükürovdan gedir.Bəlkədə indi bu yazını oxuyanlar deyəcək ki Mahir sizə məxsus deyil ki.Amma cənablar Mahir “Anji”yə keçən zaman demirlər ki Azərbaycanın bir çox klubunda oynamış oyunçu almışıq?Sadəcə deyirlər ki Azərbaycan millisinin və Bakının İnter klubunun müdafiyyəçisi Mahir Şükürovu transfer etmişik.Bunun özü artıq bir addır.
İnter o klubdur ki azarkeş kütləsinə malikdir.Həmən azarkeş kütləsi təmənnasız pulsuz komandasına hər zaman dəstək olur.Yoxsa bəziləri kimi adam başı 1 manat və ya 1 tikə çörək və ya 1 içim meyvə şirəsinə azarkeş yığır və ya azarkeşə şərf papaq verib oyundan sonra alır.
Bu yazını yazmaqda məqsədim nədir? İnteri və İnter sevərləri gözləri götürməyən hər bir kəsə cavab.Bu yazını oxuyanlar azca futboldan anlayışı varsa göz ucu bir tərəzi qrusun.Bir gözünə “İnter”i bir gözünədə digər klubları qoyun.Nə alındı?
|
|||
| 30.01.10 12:44 ərzində olan dəyişikliklər | |||
Baxış sayı 371 |




