| Fall back Europe! “İnter” is coming |
|
|
|
| Yazan Ceyhun Azəri | |
| 22.01.10 14:20 | |
|
Yarandığı gündən yüksək yerlər uğrunda mübarizə aparan komandalardan biri İnter 2006-2007-ci il mövsümünü uğurla başa vurdu. Həmin mövsüm çempionatda maraqlı keçdi desək, yanılmarıq. Çempion son turda bəlli oldu. Belə ki, Olimpik-Qarabağ oyununda təyyarəçilər bir xal qazanacağı təqdirdə çempionluğu qeyd edəcəkdi ki, Qarabağ bunu onlara çox gördü. Ağdamlılar minimal hesablı qələbə qazanmaqla yanaşı “İnter”-ə çempion olmaq üçün əla şans yaratdı. İnter öz meydanında Qəbələni məğlub edəcəyi halda çempionluğu bayram edəcəkdi. Oyun isə çox məhsuldar alındı. İnter rəqibinin qapısından dörd cavabsız top keçirməklə çempionluğu çılğıncasına qeyd etdi. Komandada hamı sevinir, futbolçular bir-birilə zarafatlaşır, azərkeşlər isə çoxdandı gözlədikləri sevincli anı birgə yaşayırdılar. Əlbəttə bu çempionluqda azərkeşlərin payı olduğu kimi, futbolçuların, o vaxtkı baş məşqçi Valentin Xodukinin, məşqçilər heyətinin, fan-klub rəhbərlərinin, klub prezidentinin böyük zəhməti vardı.Azərkeşlər isə komandadan daha çox şey gözləyirdilər. Bu da başa düşüləndi. Komanda Avrokuboklara vəsiqə qazanmışdı. İlk mərhələdə komandamızın rəqibi bir vaxtlar dünyanın yarısını əsarət altına alan Makedoniyalı İsgəndərin həmyerliləri çıxdı. Rəqib Makedoniyanın Rabotniçki komandası idi. İlk oyununu doğma divarlar arasında keçirən komandamız 90 dəqiqənin sonunda qolsuz heç-heçə ilə barışmalı oldu. Səfərdə isə komanda daha baxımlı oyun nümayiş etdirdi. İlk qol meydan sahiblərindən gəlsə də, çexiyalı yarımmüdafiəçisi Branislav Çervenko hesabı bərabərləşdirməklə komandasını növbəti mərhələyə çıxardı. İkinci mərhələdə isə rəqib Serbiyanın adlı-sanlı Partizan komandası idi. Çoxları ilk oyunda İnterin biabırçı məğlubiyyətə uğrayacağını deyirdi. Amma sən saydığını say gör bankirlər nə sayır. İlk oyunu komandamız yənə evdə keçirirdi. İlk dəqiqələrdən komandamız hesabda geri düşsə də, ikinci hissə də meydanda tam başqa İnter var idi. Rəqibini öz qapısına doğru sıxan komandamız oyunun sonuna yaxın bolqarıstanlı futbolçu Petar Zlatinov möhtəşəm qol vurmaqla, stadionu lərzəyə gətirdi. Təəssüf ki, komanda səfərdə 0-2 hesabı ilə məğlub oldu. Halbuki, həmin mövsüm Olimpik və Xəzər-Lənkəran ilk mərhələdə turnirə əlvida dedilər. Bu baxımdan İnter adından söz etdirə bildi. 2008-2009 mövsümündə bankirlər ölkə çempionatının gümüş mükafatçısı oldu. Avrokuboklarda isə komanda ilk mərhələdə dayandı.Amma çoxları İnteri növbəti mərhələdə görürdü. Rəqib çox da güclü heyətə malik olmayan Slovakiyanın Spartak Trnava komandası idi. Səfərdə 1-2, evdə 1-3 hesbı ilə məğlub oldu. İlk mərhələdə büdrəyən komandada artıq dəyişiklik gözlənilirdi. Yeni mövsüm artıq komandanın baş məşqçisi gürcu Kaxaber Tsxadadze idi. Onun gəlişindən sonra komandada həm qafqaz həm də müasir futbolun incəlikləri hiss olunur. Komandaya braziliyalı Roşa kimi driblinq etməyi sevən və hər an oyunun taleyini həll edə biləcək oyunçu gətirən gürcu hücum xəttinə də əl gəzdirdi. Öz aramızdı Karlson-Poşkuş tandemi hələ çox komandaların başını ağrıdacaq. İnter bu heyəti qoruyub saxlaya bilsə Avrokubokların qrup mərhələsinə düşə bilər. Keçən mövsüm Qarabağ iki mərhələ keçməklə Azərbaycan xalqına sevinc bəxş etdisə, bu dəfə növbə İnterindi.Ağdamlılar Vaqif Cavadovu Avropa komandasına transfer etməklə diqqətləri özünə cəlb etmişdisə, bankirlər də onlardan geri qalmadı. Mahir Şükürov Rusiya premyer liqasına vəsiqə qazanan Anjiyə transfer olundu. Hər bir Azərbaycanlı kimi mənim də arzumdur ki, hər il ən azı 2-3 azəri futbolçu legioner həyatı yaşasın. Bu çox qürurverici və sevindirici haldı. Kim nə deyir desin bu mövsüm İnter Avrokuboklarda öz sözunu deyəcək. Mən və mənim kimi bir çox insanlar bu komandaya inanır və komandanl dəstəkləyir. Bu mövzuya Avrokuboklar vaxtı yenidən qayıdacam.
|
|
| 25.01.10 08:30 ərzində olan dəyişikliklər | |
Baxış sayı 294 |




