Ceyhun Azərinin bloqu:"Ata yoxsa oğul" PDF faylını al Çap E-poçt
 
Yazan ceyhun azəri   
29.10.10 06:45

altPremyer-Liqanın xı-ci turunda İnter komandası Zaqatalaya səfər edəcək. Heç də yaxşı günlərini yaşamayan Zaqatala təmsilçisi son çempionla oyuna ciddi hazırlaşır. Təcrübəli mütəxəssis Qyoko Hacıevskinin gəlişindən sonra x-cu turda ilk qələbəsini qazanan bölgə təmsilçisi uğurun davamını gətirmək istəyir. Bunun ücün də indidən Simurq komandası bankirləri qorxutmaq ücün ancaq qələbədən danışır.  "AZAL" komandasına böyük hesablı məğlubiyyətdən sonra komanda özündə güc tapıb çempionluğa oynayan "Bakı" komandasını minimal hesabla məğlub etməyi bacardı. İndi sırada "Simurq" komandasıdı. O, komanda ki, heyəti demək olar ki yerli futbolçulardan qurulub. O, komanda ki, heyətindəki oyunçulardan Tofiq Mikayılov, Paulis Paknus və Baçana Tsxadadze İnterdən oraya icarəyə verilib. Yəni heyət baxımından çətin ki, bankirlər məğlub olsun. Düzdür məğlub edilməz komanda yoxdu. Amma yarımcan komandayla bankirləri məğlub etmək çətindi. Simurqun heyətində az-çox gözə çarpan və tez-tez fərqlənən oyunçu gürcü Baçana Tsxadadzedi. Bilməyənlər üçün onu da deyim ki, Baçana Tsxadadze "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadzenin oğludu. Deməli bu oyunda həm də ata və oğul rəqib qismində üz-üzə gələcəklər. Oğul meydanda öz sözünü deməyə çalışacaq, ata isə meydandan kənarda öz göstərişlərini verməklə qalib olmağa çalışacaq. Kim qalib gələcək? Bax bunu oyundan 90 dəqiqə sonra biləcəyik. Nə bilmək olar bəlkə, ata və oğul meydandan sülhlə ayrıldılar. Sonda adətim üzrə İnter komandasına uğurlar arzulayıram. İnter------------- Simurqun dərsini VER.... 

29.10.10 16:00 ərzində olan dəyişikliklər

Baxış sayı 548