Elçin Həsənovun bloqu: "Öz gözündə tiri görməyən,özgəsinin gözündə çöp axtaran nankor Roşa" PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
25.10.10 19:01

 

alt   Bu gün idman qəzetinin birinə müsahibə verən Leonardo Da Silva Roşa “İnter” komandasının ona göstərdiyi münasibətdən şikayətlənib və bildirib ki,o,klubdan nə medalını,nə mükafatını,nə də borcunu ala bilmir.Bundan əlavə futbolçu bəzi işlarinin yoluna qoymaq üçün Bakıda olduğunu vurğulayıb və qeyd edib ki,onunla Braziliyanın “B” seriyasında iştrak edən “San Kaetano” klubu maraqlanır və o,bu klubla müqavilə bağlamağa yaxındır.Əlavə olaraq Roşa onu da oxucuların nəzərinə çatdırıb ki, Braziliya klubu ulə danışıq aparmasına baxmayaraq Azərbaycan komandalarından təklif olacağı təqdirdə bu təklifi də götür-qoy edə bilər.

   İndi isə gəlin görək “İnter” futbol klubundan şikayət edən Leonardo Da Silva Roşa kimdir.Kaxaber Sxadadzenin “Standart” komandasında baş məşqçi olduğu vaxtlarda ölkəmizdə fəaliyyət göstərən bir menecer tərəfindən Azərbaycanın “Standart” komandasına gətirilən Roşa bir müddət bu komandada top qovandan sonra intizamsızlığına görə heyətdən kənarlaşdırılır və komandadan qovulur.

   Bir neçə il keçəndən sonra Kaxaber Sxadadze tərəfindən Roşa “İnter” komandasına dəvət olunur.Çempionatın bir neçə oyununda özünü yaxşı tərəfdən göstərib,bununla klub rəhbərliyi və azarkeşlərin rəğbətini qazanan Roşada “şişmə” əməliyyatı başladı.Komandanın məşqlərinə laqeyd yanaşan və bunun məntiqi nəticəsində sərgilədiyi oyunda geriləmə hiss edilən Roşa ilə dəfələrlə söhbət edən baş məşqçi və klub rəhbərliyi onu düz yola gətirə bilmədilər.Hər gün komandanın bazasını dolaşan futbolçu komanda yoldaşlarının idman formasını icazəsiz götürür və paltarları çantaya yığıb vətəninə yollayırdı.Buna bizlərdə oğurluqda deyirlər.Hətta Roşanın rəqib komandalar ilə danışıqlar aparıb zəif oyun sərgiləməsini vurğulayanlar da var idi.Bu hərəkətlərinə görə çempionatın sonlarında “İnter” komandasının futbolçuları Roşanı görmək belə istəmirdilər.Bütün bu narazılıqları nəzərə alan Kaxaber Sxadadze Roşanı əvəzedici heyətə göndərir,lakin futbolçu əvəzedici heyətin komandasında top qovmağı özünə sığışdırmayıb vətəninə yollanır.”İnter” komandası ilə müqaviləsi olan Roşa istirahətdən sonra komandanın heyətinə qayıtmır və beş ay ötəndən sonra Bakıda peyda olur.İndi isə özünüz fikirləşin beş ay komandanın heyətində olmayan və Braziliyada öz şəxsi işləri ilə məşğul olan Roşaya pul düşürmü?Bu sualın cavabı birmənalıdır – yox!

   Pşəkar futbolda cərimələr tətbiq olunduğu üçün beş ay müddətinə öz iş yerinə gəlməyən futbolçuya elə cərimə tətbiq etmək lazımdır ki,bu ona dərs olsun və bundan sonra top qovduğu komandalarda belə hərəkətlərə yol verməsin.Roşa bəlkə də yaxşı futbolçudur,amma bir insan kimi onda insanlıq yoxdur və o,futbolçu kimi heç vaxt peşəkar ola bilməyəcək.Bu şəxsən mənim  obyektiv fikrimdir.

   Görəsən beş aydan sonra Roşa Azərbaycana niyə gəlib?Yuxarıda qeyd etdiyim kimi futbolçunun “İnter” komandası ilə qüvvədə olan müqaviləsi var.Yəqin ki,Roşa “İnter”də olan sənədlərinin dalınca gəlib ki,”San Kaetano” komandası ilə müqavilə bağlaya bilsin.Azərbaycan komandalarının hər hansı birində qalıb işləməyini təbii qarşılamaq olar.Əlbəttə ki,Azərbaycan komandalarında qazandığın paranın heç yarısını Braziliyada qazana bilməzsən.Buna görə də sənin gözün daim Azərbaycanda qalacaq və yəqin ki,bu istəyin arzu kimi xəyallarda səninlə dolaşacaq.

   PS: Atalarda gözəl bir misal var: “Öz gözündə tiri görmür, özgəsinin gözündə çöp axtarırsan”

25.10.10 19:02 ərzində olan dəyişikliklər

Baxış sayı 427