"Bakı" komandasının fiaskosu. PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
19.01.10 19:39

 

alt

     Bakı  komandası  MDB  və  Baltikyanı  ölkələrinin  Birlik  Kuboku  turnirinə  yola  düşməmişdən  öncə  klubun  rəsmiləri, baş  məşqçisi  və  futbolçular Azərbaycana  kubok  ilə  qayıdacaqları  barədə  ağızdolusu  vədlər  verirdilər. Bü  vədlər  bütün  azərkeşləri  ümüdləndirir  və  onların  fikri  Rusiyanın  paytaxtı  Moskva  şəhərinə  yönəlmişdi. Hamı  bu  turnirdə  Bakı  komandasından  çempionluq  göləyirdi.
     Birinci  oyun  günü  Tacikistan  respublikasının  Vaxş  komandası üzərində  qazanılan  qələbə  azərkeşlərin  ümüdlərini  birə  beş  artırmışdir. İkinci  oyun  Finlandiyanın  HİK  komandasına  qarşı  idi. Bu  oyunda  qeydə  alınan  qolsuz  bərabərlik  Bakı  komandasının  baş  məşqçisini  düşündürməli  idi. Lakin  komandasının  sərgilədiyi  oyunu  fikirləşmək  və  jurnalistlərin  haqlı  tənqidindən  nəticə  çıxartmaq  əvəzinə  özündənrazı  Bülənt  Qorkmaz  mətbuat  işçiləri  ilə  mübahisə  edir. Və  budur, bu  da  nəticə: özündənrazı  baş  məşqçi  Bülənt  Qorkmazın  özündənrazı  komandası  Qazaxıstanın  Aktobe  komandası  qarşısında  aciz  qalıb  bütün  Azərbaycan  xalqını məyyus  edi    İki gün  bundan  qabaq  Azərbaycanda  uşaq  futbolunun  olmadığını  və  uşaq  futbol  məşqçilərinin  futbol  biliklərinə  şübhə  edən  Bülənt  Qorkmaza  iki  sualım  var: 
    1.Budumu  sizin  futbol  biliyiniz?
    2.Budumu  sizin  bəh-bəhlə  komandaya  gətirdiyiniz  legionerlər?
    Birdə  ki, Bülənt  bəy  komandanız  oyunu  qazananda  mətbuat  və  azərkeş  önünə  çıxıb  hesabat  verdiyiniz  kimi,  komandanız  məğlub  olanda  da  azərkeşlərdən  qaşmaq  yox  onlara  hesabat  vermək  sizin  borcunuzdur.
    Yadınızdan  çıxmasın  ki, futbol  azərkeşlər  üçün  oynanılır.


25.01.10 08:43 ərzində olan dəyişikliklər

Baxış sayı 328