Ceyhun Azərinin bloqu: Ürəyə hökm etmək olmaz PDF faylını al Çap E-poçt
Yazan Muradov Ruslan   
12.06.10 09:18

alt

Ürəyə hökm etmək olmaz.

Artıq Avrokuboklarda ölkəmizi təmsil edəcək komandalar hamıya bəllidir. Bu dəfə başqa mövzu haqqında fikirlərimi bildirmək istəyirəm. Yəni komandalarımızın tutulduğu bəlalardan yazacam. Həmişə olduğu kimi ölkə çempionatı başa çatan kimi, Azərbaycanı beynəlxalq arenada təmsil edəcək komandalarımız Avrokuboklara hazırlıqlarını davam etdirirlər. Təlim məşq toplanışları da, bir qayda olaraq xarici ölkələrdə keçirilir.Əlbəttə belə toplanışlar komandaya fayda verir bunu danmaq olmaz. Amma bir iş də var ki, digər tərəfdən komandaya ziyanı da olur. İndi başlayaq həmin o işdən. Mən başa düşə bilmirəm niyə bizim komandalarımız ölkə çempionatı başa çatan kimi, heyətdəki oyunçular yoxa çıxır. Yəni bəziləri başqa bir komandaya, bəziləri öz vətənlərinə(legionerlər nəzərdə tutulur) gedirlər. Avrokuboklar vaxtı isə heyət yeni oyunçulardan qurulur. Və bunun da nəticəsi kimi uğursuz oyunlar ard-arda gəlir. Uğursuzluğun da səbəbkarlarından biri olan baş məşqçilər özlərini yaxşıca sığortalaya bilirlər. Ay mən nə bilim heyət yeni qurulub, nə bilim oyunçular bir-birini yaxşı tanımır və s... kimi belə sözlər. Ay qardaş olmazmı ki, heyəti qoruyub saxlayasız? Müqavilənin müddətini artırmaq belə çətindi? Özüdə ölkəmizi Avropoda təmsil edəcək komandalarımızın hər birinin maddi cəhətdən problemi yoxdu. Ola bilər iki və ya üç oyunçu komandadan gedə bilər. Amma sən dur komandanın yarısından çoxunu yenilə ki, mən iş görürəm. Əziz və hörmətli məşqçilər lap az qalıb sizin həyata keçirdiyiniz bu siyasətin uğurlu olub olmamasını görəcəm. Hələ ki, uğursuz alınır. Bu mövsüm də həmişə olduğu kimi olacaq. Mənim nəyimə lazımdı ölkə çempionatında at oynatmaq? Hünəriniz varsa Avrokubok oyunları zamanı at oynadın. Onda biz də deyərik ki, kişilər iş görüblər. Artıq bu xəstəlikdən yaxa qurtarmaq lazımdı. Yazıq azərkeşlərdə hər il olduğu kimi stadionu doldurur, evə gedəndə isə başı aşağı məyus halda qayıdır. Utandığından da evə girən kimi heç kimin gözünə görünmək istəmir. Çünki, bilir axı deyəcəklər” Sənə demədim getmə futbola? Dedim axı uduzacaqlar mənə inanmadın gördün mən deyən oldu? Bizdə futbol olmayıb və heç vaxtda olmayacaq” sözlərini eşidirlər. Əziz futbolçular və məşqçilər heç olmasa bu azərkeşlərə az da olsa yazığınız gəlsin(sözün yaxşı mənasında). Vallah belə azərkeş heç yerdə tapılmaz. Bu qədər məğlubiyyətlərə rəğmən biz sizləri yənə tək buraxmırıq. Olmazmı ki, azərkeşlər stadionu kədər yox sevinc göz yaşlarıyla tərk etsin? Mən həmişə milli komandamızın və klublarımızın ev oyunlarını stadiondan izləyirəm. Məğlub olduqda isə özüm-özümə bir də futbola gəlsəm məndən pis adam yoxdur deyirəm. Amma yənə gəlirəm. Niyə? Çünki, dilim deyir ürəyim yox. Sadəcə olaraq ürəyimlə bacarmıram. Ürəyə hökm etmək olar?