Ceyhun Azərinin bloqu "Sizdən hərəkət, bizdən məharət PDF faylını al Çap E-poçt
 
Yazan Ceyhun Azəri   
12.05.10 13:34

 

ceyhun“Sizdən hərəkət, bizdən məharət”

Artıq Avrokuboklarda Azərbaycanı təmsil edəcək komandalar müəyyənləşib. Xəzər-Lənkəran, İnter, Qarabağ və Bakının Avrokuboklarda nəyə qadir olduğunu zaman göstərəcək. İndi isə hər bir komandanın ayrı-ayrılıqda şanslarını sadalayaq.

1) Xəzər-Lənkəran: Komandanın Avrokuboklarda oyun təcrübəsi var. Həm də komandanın baş məşqçisi Ağasəlim Mircavadovun rəhbərliyi altında. Xorvatiyanın məşhur “Dinamo Zaqreb” komandasıyla başa-baş mübarizə apara bilib. Başqa bir mövsümdə Polşanın “Lex” komandasıyla oyunda mübarizəni dayandırdı.Mircavadovun dediyinə görə bu mövsüm onun komandası ən azı iki mərhələ keçəcək. Komandanın hücum xətti əla olmasa da normaldı. İvan Tsvetkov, Denis Kalinkov, Allan Lalin və Mario Souzadan yaxşı oyun gözləmək olar. Adlarını çəkdiyim hər bir oyunçu çox təcrübəlidi. Çərçivə qoruyucusu Kamran Ağayev də öz məharətini göstərməklə Avropa seleksiyaçılarının diqqətini cəlb etməlidi. Müdafiəçilər isə mənim şəxsi fikirimcə stabil oyun nümayiş etdirmir. Zəif yeri müdafiə sayılır. İndiyə kimi mərhələ keçməyib.

2) İnter: Bu komanda da Avrokuboklarda oyun təcrübəsinə malikdir. Serbiyanın “Partizan” komandası ilə əla oyun nümayiş etdirib. Robertas Poşkus, Girts Karlsons, Anxel Qutyerresdən çox şey tələb olunur. Orta sahədə pis deyil. Petar Zlatinov, Aleksandr Çertaqanov, Branislav Çervenkoya ümid etmək olar. Qapını isə Gürcüstan milli komandasının bir nömrəli qolkiperi George Lomaya qoruyur. Narahatlığa əsas yoxdu. Zəif yeri müdafiə. İndiyə kimi bir mərhələdən artıq keçə bilməyib.

3) Qarabağ: Komanda Avrokuboklarda əla oyun nümayiş etdirib. Yeganə komandadır ki, iki mərhələ adlaya bilib. Qapıçı Fərhad Vəliyev. Bəzən kobud səhvlərə yol versə də, hərdən elə olur ki, inanılmaz oyunla yadda qalır. Müdafiə normaldı. Elnur Allahverdiyev, Maksim Medvedev, Admir Telli və Rəşad Sadıqov. Orta sahə oyunçuları da müdafiədəki oyunçular kimi normal sayıla bilər. Elvin Məmmədov, Rəşad Sadiqov, Emin İmaməliyev və Əfran İsmayılov. Hücum isə zəif. Düzdür gənc oyunçu Rauf Əliyev bacardığını edir. Digər hücumçu isə George Adamiya. Neftçidə göstərdiyi parlaq oyununu burda göstərə bilmir. Yeganə müsbət cəhəti təcrübəli olmasıdı. Yəni bu hücum cütlüyü ilə nəsə bir ciddi uğur qazanmaq çətin olacaq.

Bakı: Avrokuboklarda iştirak edib. Bir mərhələ adlaya bilib. Qapı öz yerindədir. Xalidu Sissoko DÇ-2002-ci ildə Seneqal milli komandası ilə ¼ -ə irəliləyə bilib.Müdafiəçilər Saşa Yunisoğlu, Stefan Bates, Elvin Əliyev və Vadim Borets. Bu müdafiəçilər də stabil oyun nümayiş etdirmir. Orta sahə Fabio Luis Ramim, Safroni, Aleksandr Şoliç və Cəmşid Məhərrəmov dördlüyünu yaxşı adlandırmaq olar. Hücümda isə ən çox Jabadan qəhrəmanlıq gözlənilir. Sonda Avrokuboklarda iştirak edəcək hər bir komandamıza uğurlar arzu edirik. Axı beynəlxalq arenada komandalarımız Azərbaycanı tımsil edəcək. Bütün azərkeşlər stadiona gəlib komandalarımızı dəstəkləməlidir. Artıq zaman çatıb. Bizi indi iki mərhələ adlamaq qane etmir. Ən azı iki komandamız Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmalıdı. Əziz futbolçular biz azerkeşlər sizi hər bir oyunda sona qədər dəstəkləyəcəyik. Çox vaxt biz stadionlardan məyus halda evimizə qayıdırıq . Sizdən bir xahişimiz var. Bu mövsüm bizləri evə sevinc göz yaşlarıyla yola salın. Biz sizə inanırıq və həmişə sizinləyik. Azərkeşlərdən məharət, sizdən isə hərəkət. Yəni biz stadionda sizləri dəstəməklə öz məharətimizi, siz isə meydanda öz hərəkətinizi göstərin. Azərkeşlər qələbəyə acdı. Uğur olsun.

12.05.10 13:37 ərzində olan dəyişikliklər

Baxış sayı 560