Ceyhun Azərinin bloqu "Meydança düz, top yumru, oyun 90 dəqiqə" PDF faylını al Çap E-poçt
 
Yazan Ceyhun Azəri   
11.05.10 10:32

ceyhun“Meydança düz, top yumru, oyun 90 dəqiqə”                                                                             

Unibank Premyer-Liqasının son turunda bizi bir-birindən maraqlı və gərgin oyunlar gözləyir. Təsadüfi deyil ki, çempion son turda məlum olacaq ki, 4 komandanın çempionluq şansı var. Xəzər-Lənkəran, İnter, Qarabağ və Bakı son turda çempion olmaq üçün son damla qanlarına qədər meydanda vuruşacaqlar. Avrokuboklarda iştirak etmək hüququndan məhrum olan “Neftçi” öz meydanında “Qarabağ”-ı qəbul edəcək. Ağdam təmsilçisi çempion olmaq üçün səfərdən qələbəylə dönməklə yanaşı, digər oyunların nəticələrini gözləməlidir. Amma “Neftçi” də mövsümü major notda başa vurmaq üçün ən azı oyundan bir xalla ayrılmağa çalışacaq. Digər bir oyun “Xəzər-Lənkəran” və “Bakı” arasında baş tutacaq. Doğma meydanda qələbə qazanılacağı halda digər oyunların nəticəsindən asılı olmayaraq cənub təmsilçisi çempionluğu qeyd edəcək. Əgər sülh baş tutarsa, nəzərlər digər oyunların nəticələrinə yönələcək. Nəzərə alaq ki, Bakinın da çempion olmaq şansı var. Bunun üçün Lənkəran təmsilçisi məğlub edilməlidi. Buradan da belə qənaətə gəlmək olar ki, Xəzər-Lənkəranı evdə çətin oyun gözləyir. Çünki, özünü “Barselona”-nın baş məşqçisi Qvardiolaya bənzədən Güneyt Biçər komandasının Avrokuboklarda iştirakını təmin etsə də çempionluq sevincini də yaşamaq istəyir. Qeyd edək ki, Bakı həm də ölkə kubokunun finalına qədər irəliləyə bilib. Başqa bir oyunda isə İnter” və “Qəbələ” komandaları üz-üzə gələcək. Son turda yalnız və yalnız bankirlər qələbə qazanmalıdı. Həm azərkeşləri sevindirməli, həm də çempion olmaq üçün qələbə qazanıb digər oyunların nəticəsini gözləməlidir. “Neftçi”-“Qarabağ” və “Xəzər-Lənkəran”- “Bakı” oyunundan sülh səsi eşidilərsə, İnter öz meydanında bölgə təmsilçisi Qəbələni evə əliboş yola salarsa onda çempionluğu qeyd etmək olar. Düzdür “altılıq” sisteminin sürpriz komandası Qəbələdi. Ramiz Məmmədovun dediyi kimi, Qəbələ altılıqa əlavə rəng qatdı. Komanda Avrokuboklarda iştirak etməsə də, gələn mövsümdə də bu tempi davam etdirərsə istədiyinə nail ola bilər. İnter komandası Avrokuboklarda vəsiqəni özünə təmin etsə də, azərkeşlər komandadan çempionluq istəyir. Hadisələrin necə cərayan edəcəyi son turda bəlli olacaq. Futbol kollektiv oyunu olsa da, hər bir komandanın 3-4 xilaskar oyunçusu var. Bunun üçün də, aşağıda adlarını çəkəcəyim oyunçular son turda komandasının xilaskarına çevrilə bilər.

1) Xəzər-Lənkəran: Kamran Ağayev, Mario Souza və İvan Tsvetkov.

2) İntet: George Lomaya, Robertas Poşkus və Petar Zlatinov

3) Qarabağ: Fərhad Vəliyev, Rəşad Sadıqov, Rauf Əliyev və George Adamiya

4) Bakı: Xalidu Sissoko, Jaba və Aleksandr Şoliç

5) Neftçi: Paulius Qribauskas, Araz Abdullayev və Adrian Nyaqa

6) Qəbələ: Pavel Doreşev, Kristan Torres və Paulinyo Lopes Tavares.

11.05.10 10:45 ərzində olan dəyişikliklər

Baxış sayı 203