| Elçin Həsənovun bloqu: "Anar Salmanovun bir hissəlik şousu" |
|
|
|
| Yazan Həsənov | |||
| 11.04.10 08:17 | |||
|
10.04.2010-cu il.Qəbələ şəhər stadionu.Unibank Premyer Liqasının növbəti turunda "Qəbələ" komandası "İnter" komandasını qəbul edir.Saat 16.00.Oyunu FİFA referisi Anar Salmanov idarə edir.Hakimbaşı Xəqani Məmmədovda öz sevimli işçisinin idarəçiliyinə tamaşa etmək üçün Qəbələ şəhərinə təşrif buyurmuşdur.Matçın start fiti çalınır və komandalar oyuna başlayır.Birinci hissəni pis-yaxşı yola verən Anar Salmanov ikinci hissədə əsl şou göstərdi.İkinci hissənin ortalarında Anar Salmanov haqsız olaraq "Qəbələ" komandasının qapısına 11 metrəlik cərimə zərbəsi təyin edir.Bu vaxt yan xətt hakimi Anara yaxınlaşıb səhv qərar verməsini ona izah edir,lakin Anar verdiyi qərarı ləğv etmir.Bu göstərilən şounun başlanğıcı idi.Bütün ikinci hissə boyu səhv qərarlarla azərkeşlərin əsəblərini tarıma çəkən Anar Salmanov azərkeşlər tərəfindən söyüşlərə qərq olurdu.Qəbələ şəhər stadionuna toplaşan azərkeşlərin bütün ikinci hissə boyu baş hakimə ünvanlandırdıqları yeddi qat söyüşlər Anar Salmanovun bir qulağından girib ikinci qulağından çıxırdı.Qəbəlilərin "Hakim çaşma,peysələ atma"səsləndirdikləri atmaca söyüşlərin ən yumuşağı idi.İndi təssəvvür edin ki,o söyüşləri eşidib qəbul etmək üçün hakim ya kar olmalı,ya da ki..... Keçək şounun ardına. Bütün ikinci hissəni səhv qərarları ilə yadda qalan Anar Salmanov oyunun 92-ci dəqiqəsində bu dəfə haqsız 11 metrəlik cərimə zərbəsini "İnter" komandasının qapısına təyin edir və matç 1:1 hesabı ilə nəticələnir.Bu penalti zərbəsinin təyin olunması Anar Salmanovun öz səhvini düzəltmək anlamına gəlir.Amma,Anar sən oyunun baş hakimi olaraq bu matçı düzgün idarə etməli idin.Lakin sən bunu bacarmadın,və yaxud bacarmaq istəmədin.Bu oyun göstərdi ki,Anar Salmanovdan yaxşı hakim olmayacaq.Anar nə qədər ki,cavansan get bu sənətdən.Bəlkə də səndən yaxşı hüquqşünas,müəllim və yaxud biznesmen olacaq,amma səndan heç vaxt yaxşı hakim olmayacaq.Sən özün daim demisən ki,oyunu idarə edə bilməyən,söyüşə layiq olan hakim söyülməlidir və azərkeşlər haqsız olaraq heç bir hakimi söymürlər.Qəbələdə azərkeşlər o ki var səni haqalı olduğun söyüşlərə qərq etdilər və sən bunu qəbul etdin.Halaldı sənə! PS: Azərkeşlər arasında hər hakimin bir ləqəbi var.Misal üçün "penalti" Əfqan,"dəli" Elçin,"ofsayd" Roman.Bu gündən yəqin ki,özün bilirsən sənə azərkeşlər hansı ləqəbi qoyqcaqlar!
|
|||
| 11.04.10 18:46 ərzində olan dəyişikliklər | |||
Baxış sayı 284 |




Budur Qəbələ səfərimiz də başa çatdı.Yenə də heç-heçə və yenə də itirilən qızıl xallar.Amma bu günkü mövzu komandaların oyunu barədə olmayacaq.Bu gün mən Qəbələdə keçirilən oyunda baş hakim Anar Salmanovun bir hissəlik şousu barədə danışacağam.