| Oktay Ağazadənın bloqu:Sənin göy çəməndə nə azzarın var? |
|
|
|
| Yazan Ağa-zadə | |||
| 14.03.10 08:06 | |||
|
Bu gün ki söhbətim çox maraqlı olacağından əminəm cünki bu dəfə mən yerini tanımayan və dürüstlüyünü ayaq altına atan bir kəsdən söhbət edəcəm. 13 Mart Şəfa stadionu. İnter Neftçini qonaq edir.İki oyun Neftçini məyus edir və inanırdım ki bu dəfə də İnter Neftçini meydana çıxmağına peşman edəcək.Oyun başlayan kimi ilk öncə hakimin kim olduğuna nəzər yetirdim.Ve salam hakimi görən kimi dedim bu gün mənə və bütün azarkeşlərə ürək ağrısı dərmanı "Valeriyan" lazım olacaq, yenə çimərlik futbolu ilə yaşıl ot örtüyünü səhf salan bir hakimi təyin ediblər.Oyun çox maraqlı keçirdi İnter qol vurdu əla.Amma hər şey bundan sonra başladı.Neftçinin oyunçuları bir neçə dəfə oyundan kənar vəziyyətə düşür amma Bəy görmür.Neftçinin oyunçuları topu əli ilə rahatlayır oyuna davam edir yenə vurur qulaq ardına (qulaq ardına ya?) Petar Zlatinovu təkləyirlər igidciklər (özüdə həmən gün kişinin ad günü idi)Yenə bəy bu qulaqdan alıb o qulaqdan keçiri.Və son moment.Oyun əldən gedir ay aman nə edim neyləyim?Tapdım bir cərimə zərbəsi təyin edim həmişəki kimi Neftçi penaltidən qol vursun vəsalam.Aha elə bu an fürsət düşdü əla, fıştırığı ağzına gedir və on bir metrəlik zərbə.İstədiyim alındı Neftçini biyabırçılıqdan qurtardım Karvanla oyunda kı kimi.Yoxsa məni hakimlikdən məhrum edərlər axı axı, Neftçi futbolumuzun flaqmanıdır(Kül o futbolumuzun başına kimi Neftçi kimi flaqmanı var)yenə qulağından tutub qabağa çəkdilər.Yaxşı bu dəfə belə etdin gələn dəfə edəcəksən?Tutaq ki çıxdın Avro Liqaya orda Bəy olacaq ki sənə penaltı versin?Bəsdirində.Nə isə yolu dəyişməyim, əsas qəhrəmandan davam edim. Ay bəy görən bu təyin etdiyin penaltının əvəzində nə əldə etdin?Pul para yoxsa Bir neçə il bundan öncə Belarusiya klubu baş hakimə 2 dublonka və bir qədər pul təklif etmişdiş.İndi də sənə Binə ticarət mərkəzindən Valentina K firmasından dublonka söz veriblər.Nəyinə lazımdı qabağdan yay gəlir.Yox sən bilirsən nə qazandın? Yüzlərlə futbol azarkeşinin qarğışını ah naləsini qazandın axşam evə gedəndə necə yatdın necə boğazından çörək keçdi.Bəsdi sən allah nə vaxta kimi belə edəcəksən.Adamda insaf da yaxşı şeydi(olan yerdə)Çimərlik futbolundan qumları gətirib yaşıl stadiona tökmədə az batır buraları.Nə zamana kimi sənin kimi hakimlərimiz var çətin futbolumuz inkişaf etsin.Sən hara hakim hara özünə yeni bir sənət tap.Deyirəm ki sənin kimi insanlar olmasaydı ölmuş klublar nə edərdi. Ay millət niyə anlamırsınız ki ölmüş adamın canına saman təpim qaldırmaq qeyri mümkündür.Neftçi ölüm ağlayanı yoxdur.Amma keyf eləyin Bəy kimi hakimlər var olduqca siz flaqman olacaqsınız.Cavanlar arasında bir məsəl var "Dostun oldu bir yerli Çətin getdin irəli" İndi isə mən deyirəm amma tərsinə "Dostun oldu Bəy sən getdin irəli" PS: Neftçinin azarkeşlərinə sözüm var.Bir də belə mərifətsizlik eləməyin (özünüz bilirsiniz söz nədən gedir)Qonaqsınız qonaq yerinizi bilin.Hər halda biz heç zaman nə sizi nə digər azarkeşləri uçan heyvanlara və ya cinsiyyət orqanlarına bənzətməmişik.Yəqin bacardığınız budu Ayıb olsun Bu mənim şəxsi fikrim idi."Soğan yeməmisən için niyə göynəyir"
|
|||
| 14.03.10 19:18 ərzində olan dəyişikliklər | |||
Baxış sayı 634 |




