Elçin Həsənovun bloqu: "Bakı - Standart oyununa sözardı" PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
07.03.10 05:25

alt    Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan Kubokunun ¼ final mərhələsində “Bakı” komandası Sumqayıtın “Standart” komandasını qəbul edirdi.
   Bu oyunla bağlı dostlarımla çox mübahisə etmişdik.Hamı “Bakı”nın bank komandasını əzib keçməsi barədə danışır,mən isə “Standart” komandasının mərkəzi arenada məğlub olmamasını proqnqzlaşdırırdım.Dostlarım belə proqnoz vermələrini komandaların turnir cədvəlinnin ayrı-ayrı qütblərində yerləşmələri ilə əlaqələndirirdisə,mən proqnozumu Böyükağa Hacıyev və “Bakı” komandasından qovulan,lakin “Standart” komandasına pənah gətirən futbolçular ilə bağlayırdım.
   Budur məqam yetişdi və Əfqan Həmzəyevin fiti ilə oyuna start verildi.Matçın ilk dəqiqələrindən hiss olunurdu ki,”Standart” komandası mərkəzi arenaya məğlub olmağa gəlməyib.Və budur oyunu ikinci hissəsində 0:1 hesab ilə məğlub durumda olan “Standart” komandası dəyişiklik edir.Böyükağa Hacıyev meydana Bülənt bəyin bəyənmədiyi Amiran Mucurini buraxır və o, oyunun sonunada öz sözünü deyir.Amiran Mucuri vurduğu gözəl qol ilə Bülənt Qorkmaza sübüt etdi ki,o Bülənt bəy tərəfindən komandaya gətirilən bəzi oyunçulardan bir baş üstün futbolçudur.Oyunun sonuna yaxın “Bakı” komandasının azərkeşləri haqlı olaraq Bülənt bəyi istefaya səslədilər.Bəli,Bülənt bəy sizin baxımsız və qorxaq futbolunuz azərkeşləri bezdirib.Axı sizin kluba gəlişinizə qədər “Bakı” komandası belə futbol sərgiləmirdi.Əsgər Abdullayev,Böyükağa Hacıyev və Cokica Hacıyevskinin vaxtında “Bakı” komandası gözəl oyunu ilə azərkeşlərə zövq verir və futbolçular meydanda canlarını qoyurdular.Bəsdir Bülənt bəy azərkeşlərin hissiyatı ilə oynadınız.Komanda “Birlik Kubokunda” fiaskoya uğradı azərkeşlər dinmədi,”Bakı” komandası öz meydanında əzəli rəqibi olan “Xəzər Lənkaran”a böyükhesabla məğlub oldu yenədə azərkeşlərdən səs çıxmadı,lakin dünən ki,oyun onların səbr kasasını doldurdu.
   Bir də ki,Bülənt bəy nəticəsi sizə sərf etməyən oyunlardan sonra günahı hakimlərdə yox,özünüzdə axtarsanız yaxşı olar.”Hakimlikdən danışmaq istəmirəm,onsuzda sözlərim havaya gedir”- bu ifadəni siz “Standart” komandası ilə oyundan sonra mətbuat konfransında demisiniz.Belə ifadələri səsləndirməkdənsə iki dəfə “Bakı” komandasınım qapısına gedən topu sizin futbolçuların əlinə dəyməsindən və bu epizodlarda hakimin sizə rəhm edib penalti təyin etməməsindən danışsaz daha ədalətli olar.
   Bülənt bəy papağınızı qoyun qarşınızı və fikirləşin.Belə oyunla “Bakı” komandası heç bir nəticə əldə edə bilməyəcək.Fikirləşin və buraxdığınız səhvlərdən nəticə çıxardıb düzgün qərar qəbul edin.

 

   PS: “Bakı” komandasının azərkeşlərinə isə bir sözüm var.Uşaqlar səbr edin,Bülənt bəy gəldi-gedərdi,amma komanda daim sizinlədir və mən əminəm ki,bu komandanın əvvəlki günlərini qaytara biləcək birisi tapılıcaq.




 

07.03.10 05:34 ərzində olan dəyişikliklər

Baxış sayı 454