| Həftə 8 Mən 9 |
|
|
|
| Yazan Ağa-zadə | |||
| 12.02.10 18:51 | |||
|
Azərbaycan veb mətbuatında bir neçə saytlar fəaliyyət göstərir.Yerli və xarici futbol haqqında yazıb yaradırlar.Mənim bu yazımda məqsəd onların fəaliyyətini müzakirə etmək deyil əsas məqsədim başqadır. Bu saytlarda bir neçə aydan və ya həftədən bir bir populyar soğu qoyurlar."Azərbaycanda ən güclu fan klub hansıdır?" Bu mövzu artıq saqqız kimi çeynəlinib və artıq demək olar ki öz təravətliyini itirib amma yenədə bu mövzu qoyulur ortalığa.Nə deyirəm qoysunlar necə deyərlər "Aşıqın sözü bitəndə neynim neynim deyir"Amma adamı yandıran bu deyil.Əsas adamı yoran həmən bu sorğularda eyni adamların eyni sözləri və eyni mənasız mübahisələri. Xəzər Neftçini Qarabağ İnteri hədəfə alır.Mən hələ UltraAslanı demirəm.Ultra Aslan demişkən ay qardaş mənim başım çıxmır bu Qalatasaray fan klubunun Bakıda nə işi var.Bu anda yəqin məni qınayacaqlar ki sənin Türklərə qarşı anti simpatiyan var.Əsla bunu fikirləşənin özü yəqin elədir.Sadəcə bir məqami yadınıza salmaq istərdim. Xatirinizdədir bir neçə il bundan öncə Dünya Çempionatının seçmə oyunlarının birində Türkiyə Azərbaycanla bir qrupa düşmüşdü.Həmən oyunu canlı izlədim.Türk oyunçular qol vuranda Hakan Şükürün ünvanına ən ağır sözləri deyən Şam ağacı kimi nəlayiq sözlərlə bəzəyən həmən o oğlanlar.Dünya çempionatında Bakının küçələrində axışıb Türkiyə Türkiyə deyə bağırırdı.Yaxşı o nədir bu nə idi? Əlqərəz mövzudan yayınmayaq.Bu mövzuların mən əlehinəyəm.Niyə?Çünki onsuzda bilinir ki Azərbaycanda güclü fan klub kimdədir. Xəzər azarkeşləri .Onlara söz ola bilməz və bunu heç kim danmağa haqqı yoxdur. Neftçi azarkeşləri,Onlarda köklü klubun azarkeşləri kimi özləri haqqında söz dedizdirə bilib. Qarabağ.Bax burda dayanaq.1ci Qarabağın 1 Fan klub altında birləşməsini demək bir az "gop"olardı.Bir fan klubun bir neçə prezidenti varsa burda hansı təşkilatçılıqdan söz gedə bilər?.Qarabağa azarkeşlik edən var amma Fan Klub olaraq mənim üçün onlar yoxdur. Bakı.İndi danışacam məni yenə topa qoyub atacaqlar.Bakı fan klubunu muzlu fan kluba bənzətsək daha yaxşı olar.Yerli azarkeşlər özləri fikir desin. Simurq.Orda ümumiyyətlə azarkeş var?Yayda gördükdə Zaqatalandan 5 avtobus gəl Bakıya amma stadionda dönər ye.Buna azareşlik deyirlər.Yada qonaq komandanın ünvanına lazımsız sözlər demək.Ancaq budur azarkeş bacarığı. Standard.Təzə yaranıb yaxşı gedir.Axırın xeyir eləsin. Olimpik.Nəsə bir şey var yazmağa?YOX Qəbələ.Hələ yetişir.Sükanı belə saxla. Karvan.sadəcə azarkeşlik vəsalam. Muğan.Nəsə yaratmaq istəyirlər amma hələ ortada bir şey yoxdur. Turan.Karvan kimi azarkeşlik. Ultra Aslan.Mənim fikrimcə onların belə sorğularda iştirakın yeri yoxdur.Əgər söhbət Milli Fan Klublardan gedirsə? Və İnter.Mən indi durub yazsam deyəcəklər ki heç kim öz ayranına turş deməz.Onda gəlin mən heç nə yazmayım.Hərə öz insafına qiymət versin bizə.Sayımız az olsada yetərin qədər iş görmüşük və özümüzlə hesablaşmağa nail olmuşuq. İndi siz deyin hörmətli sayt redaktorları.Həftə 8 Mən 9 eyni mövzunu sorğuya qoymağın nə mənası var.Onsuzda eyni adamlar yeni reytinq. Bax belə
|
|||
| 12.02.10 19:39 ərzində olan dəyişikliklər | |||
Baxış sayı 431 |




