Elçin Həsənovun bloqu:"Qanadı qırılmış Simurq" PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
10.02.10 11:02

alt    Bəli,”Xəzər Lənkaran” komandası Zaqatalada “Simurq” komandasını məğlub edib bu komandanın qanadının birini qırdı.
    Birinci dövrədə Roman Pokoranın rəhbərlik etdiyi “Simurq” yarımcan “Bakı” və “Neftçi” komandalarını məğlub edəndən sonra çempionluq iştahasına düşmüşdü.Lakin o vaxt mütəxəssis və azərkeşlərin əksəriyyətinin bu komandanın çempionluq şansını sıfıra bərabər olduğunu deyəndə,özündən razı və lovğa Roman Pokora hamıya kinayə ilə üstən aşağı baxırdı.Və budu “Simurq” komandasının acı taleyi.Səkkiz turdu ki,bu komanda qələbə nə olduğunu bilmir.Çempionluqdan dəm vuran Roman Pokoranın rəhbərlik etdiyi komanda hal-hazırda altılığa düşüb düşməməsi sual altındadır.
    “Simurq” komandasının rəhbərliyi göz görə-görə bu komandanı uçruma aparır.Komandanın turnir cədvəlindəki vəziyyəti onu göstərir ki,Pokora tükənib,bacarığını göstərib,o bundan artıq komandaya xeyir verəcək gücdə deyil.Çempionluqdan danışan,səkkiz tur qələbə nə olduğunu bilməyən və nəhayət özünə hörmət edən baş məşqçi istefa verməlidir.
    XX-ci turda “İnter” və “Simurq” komandası qarşılaşacaqlar.Mən əminəm ki,”Şəfa” stadionunda baş tutan oyunda “İnter” komandası “Sumurq”u məğlub edib onun ikinci qanadını da qırıb Roman Pokoranı göylərdən yerə çırpacaq.


   PS:   Pokora sən həmyerlin Valentin Xodukinin çəkməsini geyə bilərsən,amma onun yerişini yeriyə bilməzsən.


10.02.10 11:10 ərzində olan dəyişikliklər

Baxış sayı 419