“Altılıq” sistemini nəzərə almasaq Unibank Premyer-Liqasının 22-ci turunun başa çatmasına cəmi 4 tur qalıb. Kəskin hava şəraiti üzündən 19-cu tur təxirə salınsa da, artıq sabah yəni fevralın 9-u oyunlara start veriləcək. “Standard”-la qarşılaşacaq “İnter” komandası haqqında ötən yazılarımda bir az məlumat vermişdim.Turnir cədvəlində başda qərarlaşan komandamızın 39 xala malikdir. Ən yaxın izləyiciləri “Qarabağ” və “Xəzər-Lənkəran”-ı 3 xal qabaqlayır. Bu oyunu da, qələbəylə başa vurub, “Simurq”-la oyuna rahat çıxmaq lazımdı. İlk dövrədəki oyun 1-1 hesabı ilə başa çatmışdı. Səfərdən bir xalla qayıdan komandamız evdə yalnız və yalnız qələbə qazanmalıdı. Rəqib həqiqətən də, çox güclüdü. Atletik futbola üstünlük verən Roman Pokoranın yetirmələri Yevlaxda “Karvan”-a məğlub olduqları oyunda bir çox məqamlar var: 1) Komanda səfərdə oynayırdı. 2) Rəqibinə ciddi yanaşmayıb. 3) Zaqatalalıların məğlub olduğu oyunda Karvanın qollarını eks İnterli Xaqani Məmmədov dubl etsə də, digər eks İnterli Rövşən Əmiraslanov bir məhsuldar ötürməylə yadda qaldı. Komandamızda nəinki, hücümçular hətta yarımmüdafiəçilər və mudafiəçilər də fərqlənməyi bacarır. Karlson-Poşkuş hücum tandemi öz sözlərini çoxdan deyib. Zlatinov, Roşa, Çervenko, Çertaqanov və Qutyerres kimi yarımmüdafiəçilər qol vurmağı bacarır. Yeri gəlmişkən Zlatinov “Muğan”-la oyunda komandasının yeganə vurduğu qolla bunu sübut etdi. Samir Abbasov, Danildo Assoili, Qoran Arnaut və Milan Zaqorats da bir neçə dəfə qol vurmaq bacarığını göstərib. Bizim komandada hər bir oyunçu oyunun taleyini həll edə bilər. Bunun üçün özünə inam çox vacibdi. Bəzi tanışlarım mənə “İnter”-in Qarabağ ya da Neftçiylə oyunda büdrəyəcəyini deyir. Hər nə olur-olsun, sonda çempion biz olacağıq. AMİN... Ruslar demişkən: Posmotrim kto posmeyotsa poslednim: (Görək axırda kim güləcək)