Sumqayıtın qurduğu "STANDARD" sədd dağıdılmalıdır PDF faylını al Çap E-poçt
Yazan Ceyhun Azəri   
04.02.10 09:50

ceyhun

18-ci turun oyunları artıq geridə qaldı. Öz meydanında Salyanın “Muğan” komandasını qəbul edən “İnter” bu oyunda minimal hesablı qələbə qazanmaqla liderliyini daha da möhkəmlətdi. Növbəti turda isə “İnter” Sumqayıta səfər edəcək. Komandamız səfərdə “Standard”-ın qonağı olacaq ki, favorit komandamız olsada, Sumqayıtda səfər oyunu çox çətin keçəcək. Çünki, 18-ci turda Sumqayıt təmsilçisi Lənkəran səfərindən 1-xal qoparmağı bacardı. Bunu da turun sensasiyası kimi qələmə almaq olar. Bu tur digər sensasiya  kimi “Karvan”-ın doğma divarlar arasında Zaqatalanın “Simurq” komandasını məğlub etməsini də, gostərmək olar. Özüdə, “Simurq”-u dəfn edən oyunda sabiq interli Xaqani Məmmədov dubl etsə də, digər sabiq interli Rövşən Əmiraslanov bir məhsuldar ötürməylə yadda qaldı. “Standard”-ın Lənkərandan bir xalla dönməsini bir çox amillərlə izah etmək olar.

1) Ya Lənkəran hələdə qış yuxusundan ayılmayıb, ya da Cənub təmsilçisi rəqibinə zəif gözlə baxıb.

2) Bəlkə Sumqayıt təmsilçisi daha da güclənib və heç bir komandaya qapaz altı olmaq istəmir?

Məncə Mircavadovun briqadası rəqibi saymayıblar ki, sonda bunun cəzasını çəkiblər. Amma Kaxaber Tsxadadze həmkarı kimi məyus olmamalıdı. Çünki, Tsxadadze eks komandasına qarşı mübarizə aparacaq ki, “Standard” gürcü məşqçi üçün heç də yad komanda deyil. Az-çox köhnə komandasının və oyunçularının nəyə qadir olduğunu bilir. Gürcü məşqçidən başqa sabiq “Standard”-lı Roşa da köhnə komandasına qarşı forma geyəcək. Hər nə olur-olsun rəqibə ciddi yanaşmaq və üç xal qazanmaq lazımdı. Bir çox azərkeşlər və futbol mütəxəssislər kimi, məndə oyunun məhsuldar olmasını istəyirəm. Amma olmayandan sonra neyləmək olar? Bəziləri komandaların gözəl oyun nümayiş etdirməyinin tərafdarıdısa, bəziləri nəticəni önəmli sayır. Belə baxanda mənim üçün də nəticə önəmlidi. Haydı İnter evə üç xalla dönməliyik. İNŞALLAH. Necə deyərlər: ; 1-0 olsun, bizim olsun;