| Valeri Abramidze: "Bu oyunda mənə şans verilsə komandamın qələbəsi üçün əlimdən gələni edəcəyəm |
|
|
|
| Yazan Həsənov |
| 25.08.10 18:06 |
|
- Komandada vəziyyət necədir? Komandaya uyğynlaşa bilmisən?
- Komandada vəziyyət yaxşıdır.Komandanın oyunçularını çoxdan tanıdığım və kollektivdə yerlilərim olduğu üçün komandada adaptasiya olunmağımda heç bir problemlə üzləşmədim.
- “Xəzər Lənkaran” komandasına qarşı keçirilən oyunda siz 90 dəqiqə meydanda oldunuz.Oyun necə keçdi?
- Komandamızın heyətində itkilər olduğu üçün oyunu müdafiədən qurmuşduq.Rəqib komanda b oyunda cəmi bir real qol vəziyyəti yaratdı,onda da qapışımız Georgi Lomaya müdafiəçilərin səhvini sığortalayıb topu qapı xəttindən keçməsinə imkan vermədi.Qalan vaxt ərzində biz öz oyunumuzu oynayıb rəqibə heç bir şans vermədik.
- Lənkaranda qələbə qazanmaq üçün komandanıza nəmane oldu?
- Qeyd etmişdim ki,komandamızın heyətində itkilər var idi.Buna görə də hücuma gedən zaman müdafiə haqqında düşünürdük.Mənə elə gəlir ki,bu səbəbə görə rəqib komandanın qapısına yol tapa bilmədik.
- Rəqib komandanın heyətində hansı futbolçunun oyunu xoşuna gəldi?
- “Xəzər Lənkaran” komandasına yeni transver olunan oyunçulardan Ruizin oyunu diqqətimi cəlb etdi.Fiziki gğstəricilərə görə çox güclü olan futbolçu oyun boyu bizə pressinq tətbiq edirdi.Ümumiyyətcə Ruizə qarşı oynamaq ağır idi.
- IV-cü turda “Neftçi” komandasını qəbul edəcəksiniz.Bu mövsüm “İnter” komandasına “Neftçi”dən transver olunduğunuzu nəzərə alsaq bu oyun sizin üçün prinsipial xarakterli olmayacaq ki?
- “İnter”və “Neftçi” komandaları arasında keçirilən oyunlar daim gərginliyi ilə seçilib.Mən hətta deyərdim ki,bu qarşəlaşmanı derbi də adlandırmaq olar.Hansı komandaya qarşı oynadığımızdan asılı olmayaraq hər qarşılaşmaya yüksək əhval ruhiyyə ilə çıxmalıyıq.Komandamzın baş məşqçisi bu oyunda mənə şans versə meydanda komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəyəm.
- “Neftçi” komandası ilə qarşılaşmaya necı hazırlaşırsınız?
- Bu oyuna xüsusi bir hazırlıq keçmirik.Həmişəki kimi həftəlik plan üzrə,bütün oyunlara necə bu oyuna da elə hazırlaşırıq.
- “İnter” komandasının azarkeşləri bu oyundan nə gözləsinlər?
- Bircə onu deyə deyə bilərəm k,məşqçilər korpusu və futbolçular meydandan qələbə ilə ayrılmaq üçün 100% əllərindən gələni edəcəklər.Allahın köməkliyi ilə bu oyunda üç xalı qazanan tərəf biz olarıq.
- Siz Rusiya çempionatında da top qovmusunuz.Gürcüstan milli komandasının baş məşqçisi Rusiya çempionatının İ-ci dəstəsində içtrak edən komandalardan Gürcüstan milli komandasına fytbolçu çağırır.Həmən baş məşqçi də bəyan edib ki,Azərbaycanda top qovan gürcüləri milli komandanın sıralarına dəvət etməyəcək.Yəni Rusiya İ-ci dəstə klubları Azərbaycanda çıxış edən Premyer Liqa klublarından səviyyəcə üstündür?
- Azərbaycan klublarında oynamayan futbolçular elə düşünürlər ki,buranın çempionatı aşağı səviyyədədir.Vətənimdən bura gələn futbolçular bir-iki oyuna çıxandan sonra əmin olurlar ki,Azərbaycanda futbol düşündükləri kimi zəif deyil.Gürgüstandan bura gələn dostlarım Premyer Liqanın bəzi oyunlarına baxdıqdan sonra mənə bildirdilər ki,səviyyəcə Azərbaycan çempionatı Gürcüstan çempionatını üstələyir.Gürcüstan milli komandasının baş məşqçisinin fikirlərinə gəldikdə isə o,bu sözlərlə milli komandada oynamağa layiq olan bir neçə futbolçunun xidmətindəm məhrum oldu.Milli komanda baş mışqçinin deyil,xalqın komandasıdır və bu komandada ən güclü futbolçular iştrak etməlidirlər.Bu qərarı milli komandanın baş məşqçisi qəbul edib və biz ona hörmətlə yanaşmalıyıq. |
| 25.08.10 18:07 ərzində olan dəyişikliklər |
Baxış sayı 177 |




