| Mahir Şükürov: "Orta hesabla hər oyun 20 minə yaxın azarkeş bizi stadionda dəstəkləyir |
|
|
|
| Yazan Həsənov |
| 25.08.10 12:16 |
|
- Rusiya şempionatının son turunda səfərdə “Alaniya” komandası ilə qarşılaşdınız.Bu oyun barədə nə deyə bilərsiniz? - “Alaniya” və “Anji” komandaları arasında keçirilən oyunlar Qavqazın derbisi adlandırırlar və biz bu oyuna qələbə qazanmaq ızmi ilə çıxmışdıq.Komandamız səylərinə baxmayarq matçda hesab açılmadı. - Həmən oyunda sizin qol vurmaq üçün şansınız oldu.O epizodu necə xatırlayırsınız? - Bzim komanda hücum təşkil edirdi və mən Streltsova ötürmə verdim.Onun qapıya endirdiyi zərbəən sonra hamı elə düşündü ki,top qapı xəttini keçəcək,lakin rəqib komandanın qapıçısı inanılmaz reaksiya göstərib topu qaytardı və qayıdan top mənim önümə düşdü.Açığı mən gğzləmirdim ki,elə vurulan zərbədən sonra qpıçı topu qaytaracaq və top mənim qabağıma düşəcək.Bun görə də həlledici zərbəni vura bilmədim. - Sizin Mahaçqalada keşirtdiyiniz ev oyunlarına nə qədər azarkeş gəlir? - Orta hesabla hər oyunda 20 minə yaxın azarkeş komandamızı stadionda dəstəkləyir. - “Anji”komandasının azarkeşləri Qavqazda ən çılğın azarkeş hesab olunurlar.Onların dəstəyini oyun vaxtı hiss edirsiniz? - Azərkeşlərimiz komandanı inanılmaz dərəcədə dəstəkləyirlər.Elə azərkeş dəstəyi altında futbol oynamaq hər bor oyunçu üçün xoşdur.Onların dəstəyi sayəsində komandamız uğurlar qazanır. - Avropa Çempionatının seçmə mərhələsinin ilk oyununda Azərbaycan milli komandası səfərdə Almaniya millisi ilə qarşılaşacaq.Bu oyun barədə fikirlərinizi bilmək maraqlı olardı. - Almaniya milli komandası dünya çempionatında üçüncü yer tutan bir komandadır və bu komandanı kimə isə tanıtmağa etiyyac yoxdur.Bu qarşılaşma komandamız üçün çox ağır keçəcək.Amma biz yaxçı futbol sərgiləyib azarkeşlərimizi sevindirməyə çalışacayıq. |
| 25.08.10 17:59 ərzində olan dəyişikliklər |
Baxış sayı 201 |




