| Rednikin Fayr-Play qaydalarına tüpürməsi "Xəzər Lənkaran"ı gözdən salır |
|
|
|
| Yazan Həsənov |
| 24.08.10 12:28 |
|
Bu oyundan fanklubun saytında canlı onlayn reportaj hazırladığlm üçün matçı fanklub üçün ayrılan sektorda deyil,VİP-də izləyirdim və təbii ki,oyunda olan xoşagəlməz olaylar düz gözümün qarşısında cərəyan edirdi. Matçın sonunda “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze texniki zonadan qovulub tibunaya göndərilidi.Buna səbəb gürcü mütəxəssisin öz rumın həmkarına qarşı işlətdiyi təhqirəamiz ifadə olmuşdur.Kaxaber Sxadadzenin çılğın xarakterli insan olduğunu nəzərə alıb bu olayın dərinliklərinə varmadan bütün günahı onun üstünə atmaq olar.Lakin gəlin bu olayın haradan qaynqlandığını və Sxadadzenin buna təhrik olannma səbəbəırini araşdıraq. Saxadaze və Rednikin arasında münasibətlərin gərginləşməsi oyunun 23-cü dəqiqəsində başladı.Məhz qarşılaşmanın həmən vaxtında “bankirlərin”prespektivli oyunçularından sayılan Rövşən Əmiraslanov zədələnib meydanda qalmışdı.Bu zaman Rednik Fayr-Play qaydalarına məhəl qoymayaraq oyunçularına topu kənara çıxarmamaları və oyunu davam etmələri barədə göstəriş verib “Simulyant,simulyant”deyə qışqırırdı.Bu olaydan sonra bir neçə dəqiqə sonra oyunda ağır zədələnən Rövşən Əmiraslanov əvəzlənənərkən Rednikin üzündə qışqırdığı sözlərə görə heç təəssüf çalaları da gözə dəymirdi. Buna oxşar eyni hal oyunun sonlarında təkrarlandı.Qolunda sınığı olan və zədəsini tam sağaltmayan İlia Kandelaki rəqib oyunçu ilə mübarizə zamanı zədəli olan qolunun üstsnə yıxılır və ağrıdan ayağa qalxa bilmir.Bu dəfə də “Xəzər Lənkaran”komandasının baş məşqçisi Mirça Rednikin yadına Fayr-Play qaydaları yadına düşmür və o, öz oyunçularına göstəriş verir ki,topu kənara çıxarmasınlar və oyunu davam etdirsinlər.Yenə də Rednik meydanın kənarına yaxınlaşıb “Simulyat,simulyant”deyərək qışqırır.Bu epizoddan sonra “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze oyunçularının təhqir olunmasına dözməyərək Redniki söyür və oyunun baş hakimi Fariz Yusivov tərəfindən tribunaya göndərilir. İndi isə əziz azarkeşlər gəlin bir az arxaya,keçən mövsümə boylanaq.Azərbaycan Kubokunu final oyununda “Bakı” və “Xəzər Lənkaran” komandaları qarşılaşırdılar.Oyunun əlavə olunmuş vaxtında “Bakı” komandasının futbolçuları Fayr-Play qaydasını pozub “Xəzər Lənkaran” komandasının qapısından top keçirirlər.Qalan vaxt ərzində komandalar qapılara daha iki qol vururlar və “Bakı” komandası kuboku başı üzərində qaldırır.Bu oyundan sonra “Xəzər Lənkaran” komandasının rəhbərliyindən tutmuş azərkeşlərinə qədər hamısı “Bakı” komandasının Fayr-Play qaydalarına zidd hərəkət etdiyini bəyan edirdi.Biz də İnterfanklubu olaraq fanklublar arasında birinci bu olaya öz münasibətimizi bildirdik və “Xəzər Lənkaran” komandasının azarkeşlərinə dəstək olub onlarla həmfikir olduq.Bu həmən Fayr-Play qaydalarıdı ki,”Xəzər Lənkaran” – “İnter” oyununda birincilərin baş məşqçisi tərəfindən kobudcasına pozulurdu.Düzdür demək olar ki,Fayr-Play yazılmamış bir qanundur və ona əməl etmək heç kim borclu deyil.Lakin Fayr-Play qaydaları “Xəzər Lənkaran” komandasına qarşı pozulanda bu qaydanı pozan komandaya “ədalətsizlər”damğası vurulur,amma “Xəzər Lənkaran” komandasının baş məşqçisi Mirça Rednik bu qaydanı pozanda rəqibin zədələnib meydanda ağrıdan qovrulan futbolçusunu “simulyant” adlandırıb özünə bəraət qazandırır. Əzizi azarkeşlər yadınıza gəlirmi Fayr-Play qaydalarını pozan “Bakı” komandasının başına Avroliqada hansı oyunlar gəldi və bu günə qədər də azarkeş qarğışına tuş gələn komanda öz oyununu tapa bilmir.İndi isə hörmətli futbol azarkeşləri gəlin bir anlıq düşünək belə gedişatla “Xəzər Lənkaran”komandasının başına hansı olaylar gələ bilər.
|
| 24.08.10 12:34 ərzində olan dəyişikliklər |
Baxış sayı 184 |




