Dördüncü tur öncəsi turnir cədvəlində dördhakimiyyətlik yarandı PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
23.08.10 18:57

 

alt   Unibank Premyer Liqasının III-cü turundan sonra xal itirməyən komanda qalmadı.İlk dörd pilləni hesablarında 7 xal olan “Neftçi”,”İnter”,”Xəzər Lənkaran” və “Azal” komandaları tuturlar.

   Turun mərkəzi görüşü Lənkaranda “Xəzər Lənkaran” və “İnter” komandaları arasında keçirildi.Bir çoxları bu oyunda “Xəzər Lənkaran” komandasının qılıbısini planlaşdırsada bu oyunda hesab açılmadı,hətta son dəqiqələrdə “bankirlər”qələbə də qazana bilərdilər.Oyuna ılavə edilmiş dəqiqələrdə “İnter” və Estoniya milli komandasının müdafiəçisi Dmitriy Kruqlovun zərbəsi qapı tirinə tuş gldi.Qolsuz bərabərliklə nəticələnən oyun çox gərgin məcarada keçdi və matçın sonunda oyunun baş hakimi Fariz Yusifov “bakirlər”in baş məşqçisini texniki zonadan uzaqlaşdırdı.

   “Azal” komandası bu tur Gəncədə xal ititrdi.”Təyyarəçilər”in əlindən üç xalı mösümlərarası fasilədə “Azal”dan “Gəncə”komandasına keçən Junivan Suares aldı.Bu xal itkisi “Azal” komandasının turnir cədvəlində vahid lider olmasına maneçlk törətdi.

    Liderlərin sırasına “Neftçi” komandasıda qoşuldu.Arif Əsədovun yetirmələri “Simurq”komandasını 4 cavabsız qolla məğlub etdilər.Oyunun qəhrəmanı het-trik etmiş özbəkistanlı hücumçu Bahodır Nasimov oldu.Bu oyundan sonra vurulan və buraxılan topların fərqinə görə “Neftçi” komandası turnir cədvəlində,Bahodır Nasimov isə bombardirlər yarışında lider oldular.

   “Qəbələ” komandası üçüncü turda da məğlub oldu.Toni Adamsın yetirmələri hesabat turunda “Bakı” komndasına məğlub oldular.Oyunun əvvəlində hesabda önə keçmələrin baxmayaraq birinci hissəni ortalarında Lübo Baranin avtoqol nəticəsində hesabı bərabərləşdirdi.Matçın 71-ci dəqiqəsində isə aba 11 metrlik cərimə zərbəsindən komandasınn ikinci qolunu vurub “Bakı” komandasının bu mövsüm ilk qələbəsini rəsmiləşdiir.

   Bu tur “Turan” komandası ilk xalını qazandı.Tovuz təmsilçisi öz meydanında “Muğan” komandası ilə 1:1 hesablı bərabərliyə qaldılar.

   “Qarabağ” komandası “MOİK”dən üstün oldu.Hərbiçilərin əmkar oyununa baxmayaraq 81-ci dəqiqədə Georgi Adamiyanın vurduğu qol “Qarabağ” komandasına 1:0 hesablı qələbə qazandırdı.

23.08.10 18:57 ərzində olan dəyişikliklər

Baxış sayı 210