"Fırtınalar Meydanı" bizi uğultu ilə qarşılayıb alqışlarla yola saldı PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
22.08.10 22:30

 


alt    Unibank Premyer Liqasının III-cü turunda “İnter” komandası səfərdə “Xəzər Lənkaran” ilə qarşılaşırdı.Həmin gün 14.30 radələrində “Şəfa” stadionunun qarşısından bir avtobus ilə Lənkaran şəhər istiqamətində yola düşdük.Məqsədimiz “Fırtınalar Meydanın”da” komandamıza dəstək olmaq idi.Yol boyu “12-ci oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlı İnterfanklubunun rəhbərləri ilə telefon əlaqəsi yaradıb hansı rayonun ərazisində olduğumuzu və Lənkaran şəhərinə nə vaxt çatacağımız barədə məlumat alırdı.Saat 19.00-da Lənkaran şəhərinin girişində olan yekə samovara çatdıqda  “12-ci oyunçu”azarkeş qrupunun rəhbəri İslam Cabbarlı,”Bosman”fanklubunun rəhbəri Mir Hafiz müəllim və “12-ci oyunçu”azarkeş qrupunun fəalları İnterfanklubunun üzvlərini qarşılamaq məqsədi ilə avtobusun qabağına gəldiklərini gördük.Belə hörmətə görə cənublu dostlarımıza ayaqlarınız var olsun deyirik.Görüşüb və bir neçə dəqiqə söhbətləşəndən sonra üz tutduq Lənkaran Mərkəzi Şəhər Stadionuna.Stadiona daxil olanda saat 19.30 göstərirdi.Arenaya ayaq basan İnterfanklubunun üzvlərini cənublu fanatlar uğultu ilə qarşıladılar.Bu da başadüşüləndi,çünkü biz “Fırtınalar Meydanı”na rəqib komandanın azarkeşi kimi daxil olmuşduq və 90dəqiqəlik mübarizədə biz biri birimizə rəqib olacaqdıq.Oyun başlayandan qurtarana qədər hər iki komandanın fanatları öz sevimli komandalarını dəstəkləyib qələbəyə səslədilər.Lakin meydanda gedən amansız mübarizədə qalib  aşkar olunmadı.İnterfanklubunun üzvlərini uğultu ilə qarşılayan cənublu fanatlar oyun bitəndən sonra bizi alqışlayıb arenanı tərk edirdilər.İnterfanklubunun üzvləri də eyni qayda ilə cənublu fanatları alqışlar ilə yola salırdılar.Arena azarkeşlərdən tam boşalandan sonra “12-ci oyunçu”azarkeş qrupunun rəhbəri İslam Cabbarlı rəhbərlik etdiyi azarkeş qrupunun fəal üzvləri ilə birgə bizə yaxınlaşıb,oyun barədə fikir mübadiləsi aparıb mehribancasına sağğolaşdılar.

   İnterfanklubunun rəhbərliyi,idarə heyət və üzvləri “12-ci oyunçu”azarkeş qrupunun rəhbəri İslam Cabbarlıya və onun rəhbərlik etdiyi azarkeş qrupunu fəal üzvlərinə,o cümlədən “Bosman”fanklubunun rəhbəri MirHafiz müəllimə və eyni zamanda bizə xoş münasibət göstərən “Xəzər Lənkaran” komandasının bütün azarkeşlərinə dərin minnətdarlıq bildirirlər.Arzu edirik ki,bu dostluq və qardaşlıq münasibəti daim yaşasın və digər komandaların fanklublarına nümunə olsun.

  

22.08.10 22:39 ərzində olan dəyişikliklər

Baxış sayı 240