Lənkəranda hər iki komandanın son məşqi qapalı keçdi PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
20.08.10 17:47

 alt    Bu gün Lənkaran şəhər stadionunda "Xəzər Lənkaran" və "İnter" komandaları oyunqabağı son məşqə çıxıblar.İlk öncə meydana "Xəzər Lənkaran" komandasının futbolçuları çıxıb.Çoxsayda azarkeşin izlədiyi məşqin ilk on beş dəqiqəsini futbolçular isinmə hərəkətləri ediblər.İsinmə hərəkətləri başa çatdıqdan sonra klubun işçiləri stadionda olan azarkeşləri arenanı tərk etmələrini xahiş ediblər.Buna səbəb "Xəzər Lənkaran" komandasının baş məşqçisi Mirça Rednikin mə.qi qapalı keçirmək istəməsi olub.Bunu anlayışla qəbul edən cənublu fanatlar stadionu tərk ediblər və "İnter" komandasının məşqini izləmək ümidi ilə arenanın kənarında qərarlaşıblar.

   "Xəzər Lənkaran" komandasından sonra meydana "İnter" komandasını futbolçuları ayaq basıb.Lakin "bankirlər"in məşqini də azarkeşlərə izləmək qismət olmayıb.Buna səbəb isə "İnter" komandasının baş məşqçisi Kaxaber Sxadadzenin yetirmələrinin son məşqini qapalı elan etməsi olub.

   Belə olan halda "Xəzər Lənkaran" komandasının azarkeşləri sabahkı oyunda hər iki komandanın ifasında gözəl oyun izləmək arzusu ilə stadiondan uzaqlaşdılar.

20.08.10 17:51 ərzində olan dəyişikliklər

Baxış sayı 203