"İnter"in əvəzedici heyəti Lənkarandan qələbə ilə döndü PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
20.08.10 15:15

alt   Unibank Premyer Liqasında iştrak edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının bu gün III-cü turun oyunları keçirilib.Lənkaran Olimpiya İdman Kompleksinin stadionunda "Xəzər Lənkaran" və "İnter" komandaları qarşılaşırdılar.Gərgin və maraqlı idman mübarizə şəraitində keçən oyunun birinci hissəsində qapılara qol vurulmadı.İkinci hissədə təzyiqi artıran əvəzedici komandamız Mirsahib Abbasovun və Elnur Muradovun vurduğu qollar sayəsində 2:0 hesablı qələbə qazandı.