Kaxaber Sxadadze: "Xəzər Lənkaran komandasına qarşı oynamaq həmişə çətindir" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
18.08.10 16:48

alt“Xəzər-Lənkəran”la oyun öncəsi “İnter” futbol komandasının baş məşqçisi Kaxaber Tsxadadze ilə söhbətləşdik və onun qarşıdakı oyun barədə fikirlərini öyrəndik.

 

-Oyuna necə hazırlaşırsınız?

-Ciddi-cəhdlə məşq edirik və oyuna hazırlaşırıq. Çətin oyun olacaq və matça yaxşı hazırlaşmalıyıq.

-“Xəzər-Lənkəran”la oyun barəsində nə düşünürsünüz?

-“Xəzər-Lənkəran”a qarşı oynamaq həmişə çətindir. Onların yaxşı komandaları var. Bir neçə taktiki sxemləri nəzərdən keçiririk. Təəssüf ki, məşq zamanı zədə almış Vladimir Levin meydana çıxa bilməyəcək.

-Rəqibi nə ilə təəccübləndirəcəksiniz?

-Yox, onları nə iləsə təəccübləndirməyə hazırlaşmıram. Sadəcə, maksimum dərəcədə diqqətli oynamağa çalışacağıq. Onların bir çox müsbət tərəfləri var ki, biz rəqib komandanı onlardan məhrum etməliyik. Oyunda çox fiziki mübarizə olacaq, həmçinin biz standard vəziyyətlərə də daha çox diqqət ayırmalıyıq.