Turnir cədvəlində üçhakimiyyətlik yarandı PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
16.08.10 15:37

 

alt   Çempionatın ilk iki turundan sonra maksimum xal toplayan “İnter”,”Xəzər Lənkaran” və “Azal” komandaları turnir cədvəlinə başçılıq edirlər.

   Unibank Premyer Liqasının son qalibi “İnter” komandası “MOİK” ilə oyuna favorit qismində çıxmışdı.Lakin buna baxmayaraq oyunboyu hücüm futbolu sərgiləyən “İnter” komandasının futbolçuları “hərbiçilərin” müqavimətini matçın 89-cu dəqiqəsində qıra bildilər.”MOİK” komandasının qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini Mario Souza dəqiq yerinə yetirib “bankirlərə” üç xalı qazandırdı.Bu oyunda “MOİK” komandasının qapıçısı Amiran Qventadzenin sərgilədiyi oyun təqdirəlayiqdir.Onun gözəl qurtarışları sayəsində “MOİK” böyükhesablı məğlubiyətdən qaçdı.

   Turnir cədvəlinin şərikli liderlərindən olan “Azal” komandası Tovuzun “Turan” komandasını minimalhesabla məğlub etməyi bacardı.”Təyyarəçilər”in serbiyalı yarımmüdafiəçisi Draqan Mandiç oyunun 69-cu dəqiqəsində komandasına qələbə qazandıran qolun müəllifi oldu.

   “Xəzər lənkaran” komandası Elnur Allahverdiyevin və Dieqo Ruisin vurduğu qollar sayəsində “Simurq” komandasını məğlub edib aktivinə növbəti üç xalı yazdı.

   “Neftçi” komandası bu mövsüm ilk qələbəsini qazandı.Arif Əsədovun yetirmələri səfərdə Toni Adamsın başçılıq etdiyi “Qəbələ” komandası üzərində 2:0 hesabla qələbə qazandılar.Oyunun 69-cu dəqiqəsində Rəşad Abdullayev gözəl zərbə ilə hesabı açdı.Bahodır Nasimov isə vurduğu qol ilə oyunda son nöqtəni qoydu.Bu Toni Adamsın rəhbərlik etdiyi komandanın ardıcıl ikinci məğlubiyyəti idi.

   “Bakı” komandası Salyanda “Muğan” komandasının qonağı idi.İlk turda hər iki komandanın məğlub olması bu oyunda onların qələbəyə oynamağa məcbur edən amil idi.Bu matçda “Bakı” komandası meydana favorit qismində çıxmışdı.Lakin mövsümlər arası fasilədə “İnter”i “Muğan” komandasına dəyişən Anxel Qutyeres bu oyunun qəhrəmanı oldu.Əvəzetmədən meydana daxil olan uruqvaylı vinger “Muğan” komandasına qələbə qazandıran topu vurdu.”Bakı” komandası isə bu mövsüm keçirtdiyi ikinci oyundada məğlub olub ikinci sensasiyanı gerçəkləşdirdi.  

16.08.10 15:45 ərzində olan dəyişikliklər

Baxış sayı 251