İnterfanklubundan komandaya meyxana hədiyyəsi PDF faylını al Çap E-poçt
 
Yazan Həsənov   
11.01.12 11:15

 alt  İnterfanklubunun rəhbərliyi,idarə heyət və üzvləri arasında müxtəlif peşə sahibləri var:həkim,hərbiçi,həkim və sairə.Bundan əlavə fanklub üzvlərinə yaxın olanlarda komandamızın oyununu izləmək üçün “Şəfa” stadionuna təşrif buyururlar.Bunlardan biri də meyxana ustası Vasif Nurməmmədovdur.”İnter”in oyunlarını izləyən Vasif fankluba üzv olmasa da fanklubun tədbirlərində yaxından iştrak edir.2011-ci ilin sonunda tədbirlərin birində İnterfanklubunun rəhbərliyi və idarə heyət üzvləri ilə görüşən Vasifə fanklub rəhbərliyi tərəfindən “İnter” komandasına həsr edilmiş müyxana yazmaq ideyası verilmişdir.Gənc meyxana ustası öz növbəsində bu idyanı dəstəkləmiş,bir çox ilklərə imza atmış İnterfanklubunun belə bir təklifini alqışlamış və “İnter” haqqında meyxana yazmasına boyun olmuşdur.
    10.01.2012-ci il tarixdə Vasif Nurməmmədov fanklub rəhbərliyi ilə telefon əlaqəsi yaradıb meyxananın hazır olduğunu bildirmişdir.Meyxananın ilk dinləyiciləri olan İnterfanklubunun rəhbərliyi və idarə heyət üzvləri meyxananı bəyənmiş və Vasifə çəkdiyi əziyyətə görə təşşəkkürlərini bildirmişdilər.
    Saytımız vasitəsilə “İnter” klubuna həsr olunmuş meyxananı ərsəyə gətirən Vasif Nurməmmədova fanklub rəhbərliyi,idarə heyət və üzvlər adından bir daha təşşəkkür edib meyxananı Sizlərə təqdim edirik.

   Təqdim etdiyimiz ssılkaya daxil olub meyxananı yüklətib dinləyə bilərsiniz.

   http://serv17.boxca.com/files/1/yq3d5x9soht7q6/Vasif Mastagali _-_ Inter Klubu.mp3

11.01.12 11:21 ərzində olan dəyişikliklər

Baxış sayı 147