Futbolçu Kaxaber Tsxadadze PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
08.01.12 17:10

alt  "İnter" komandasının baş məşqçsi Kaxaber Tsxadadzenin keşməkeşli futbolçu karyerası haqqında bir çoxlarının xəbəri yoxdur.Bu günki yazıda Kaxaber Tsxadadzenin futbolçu karyerasına nəzər salacayıq.Bu günki gündə Unibank Premyer Liqasında belə zəngin futbolçu karyerasına malik olan baş məşqçi demək olar ki,yoxdur.

   Kaxaber Tsxadadze futbolçu kimi Gürcüstanın Rustavi komandasında yetişib və 1988-ci ildə Tbilisinin “Dinamo” komandasına transver olunub.”Dinamo”nun heyətində uğurlu iştrak edən Tsxadadze tez bir zamanda SSRİ-nin gənclərdən ibarət yığmasına dəvət eilir.Yalnız ittifaqın dağılması nəticəsində gənc futbolçu müstəqil Gürcüstanın ilk çempionatının iştrakçısı olur.Bir müddət Gürcüstanda top qovan Kaxa İsveçrənin QİF “Sundval” komandasına transver olunur.İsveçrə çempionatında uğurlu çıxışı ilə gənc Kaxaber Tsxadadze Rusiyalı menecerlərin diqqətini cəlb edir və Anatoliy Bışovetsin məsləhəti ilə Tsxadadze Moskvanın “Spartak” komandası ilə müqavilə bağlayır.Müdafiəçinin oyunu komandanın baş məşqçsi Romantsevin xoşuna gəlsə də o,Tsxadadzeni əsəs heyətdə daim meydana buraxmır və 1992-ci ildə Valeriy Qazzayevin istəyi ilə Kaxa Moskvanın “Dinamo” komandasına transver olunur.
1992-ci ilin Avropa Çempionatında Kaxaber Tsxadadze oyunu ilə Almaniyanın “Ayntraxt” komandasının skautlarının diqqətini cəlb edir və 1993-cü ilin qış fasiləsində “Dinamo”nun rəhbərliyi ilə görüşüb futbolçunun transverini həll edirlər.Bu transver komandaya bir million markaya başa gəlir. Həmən vaxt “Aytraxt” ölkəsinin aparıcı klublarından biri idi.Qış fasiləsindən sonra “Aytraxt”ın heyətinə qoşulan Tsxadadze əsas heyətdə yerini təmin edir və həmən mövsüm “Aytraxt” çempionatı üçüncü pillədə bitirib UEFA Kubokuna vəsiqə qazanır.
    Avrokubok mövsümünə “Aytraxt” uğurlu start verir və ilk oyunda Almaniya klubu səfərdə Moskvanın “Dinamo” komandası 6:0 hesabı ilə məğlub edir.UEFA Kubokuda uğurlu çıxış edən “Aytraxt” turnirin ¼ finalına qədər irəliləir və bu mərhələdə Avstriyanın “Zalsburq” komandasına oyunsonrası 11 metrlik cərimə zərbələri ilə 4:5 hesabı ilə məğlub olur.1993/1994-cü il mövsmündə Almaniya çempionatında uzun müddət lider olan “Ayntraxt”çempionatı beşinci pillədə bitirir.Həmən mövsüm “Ayntraxt” üç müdafiəçi ilə meydana çıxırdı və müdafiənin mərkəzində qərarlaşan Tsxadadze oyunu ilə hamının rəğbətini qazanmışdı.Bunun məntiqi nəticəsində Kaxaber Tszadadze 1994-cü ilin sonunda Avropanın rəmzi yığmasına salınır.
   1994/1995-ci mövsümündən başlayaraq “Aytraxt” komandasında problemlər başlayır və problemlər məngənəsində boğulan komanda çempionatı doqquzuncu pillədə bitirir.Həmən mövsümün sonlarında “Mançester Siti” komandasının skautları Kaxaber Tsxadadzeni gözaltı edirlər.Lakin İntertoto Kuboku turnirində “Bordo” komandası ilə oyunda ağır zədələnən Kaxa meydanı vaxtından əvvəl tərk edir və məhz bu ağər zədə futbolçunun İngiltərə komandasına keçidini əngəlləyir.
Zədəli olan Tsxadadze 1995/1996-cı il mövsümün boşa verir.Zədəsinin sağaltması ilə məşğul olan Kaxa həmən mövsüm 29-cu turda ilk oyununa çıxır.Mövsüm “Ayntraxt” üçün uğursuz keçir və çempionatın sonunda komanda ikinci dəstəyə yuvarlanır.Tsxadadze ikinci dəstədə çıxış etmək istəməsə də “Aytraxt” ilə qalan bir illik müqaviləyə görə o,mövsümə ikinci dəstədə başlayır.Buna baxmayaraq Kaxa tez bir zamanda Valeriy Qazzayevin istəyi ilə “Alaniya” komandasına transver olunur.Zədədən dönən Kaxaber Tsxadadze Vladiqavqazda bərpa dövrü keçir və mövsümün sonunda İngiltərəyə yollanır.
Tsxadadzenin meneceri Karl-Hants Ridler futbolçunu “Liverpul” komandasının baş məşqçisi Roy Evansa təklif edir.”Liverpul”a baxışa yollanan Kaxa İhgiltərədə “Mançester Siti” komandası fanatlarının sevimlisi Georgi Kinkladze ilə görüşür.Bu görüşdən sonra “Mançester Siti” komandasının prezidenti Frensis Li ilə görüşən Tsxadadze bu komanda ilə müqavilə bağlayır.
   İngiltərədə mövsümü uğurlu başlayan Tsxadadze oyunların birində ikinci dəfə ağır zədələnir və 30 yaşlı futbolçu zədəsini sağaldandan sonra heç cürə əvvəlki formasını bərpa edə bilmir.Məhz bunz görə o,bir neçə il Tbilisinin “Lokomotiv” və Rusiyanın “Anji” komandalarının şərəfini qoruyub futbolçu karyerasını bitirir. 

   Kaxaber Tsxadadzenin futbolçu karyerası: "Metallurq" (Rustavi,1986-1987),"Dinamo" (Tbilisi,1988-1990),QİF "Sundsval" (İsveç,sentyabr 1991-fevral 1992),"Spartak" (Moskva,mart-iyul 1992),"Dinamo" (Moskva,iyul-noyabr 1992),"Ayntraxt" (Frankvurt,Almaniya,1992/93-1996/97),"Alaniya" (Vladiqavqaz,1997),"Mançester Siti" (İngiltərə,1997/98-!999/2000),"Lokomotiv (Tbilisi,2000/2001),"Anji" (Mahaçqala,2003/2004)