Georgi Nikolov: ""İnter" Portuqaliya və Fransadan futbolçu transver edəcək" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
06.01.12 17:43

alt   "İnter" qış "transfer pəncərəsi"ndə 2 futbolçu transfer edəcək".

Bu barədə klubun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, hər iki oyunçu əcnəbi olacaq. Nikolov transfer etmək istədikləri futbolçuların adlarını açıqlamasa da, onların hansı ölkədən olduqlarını deyib:

"Bu "transfer pəncərəsi"ndə iki futbolçu transfer olunacaq. Biri yarımmüdafiə, digəri isə hücum xəttinə. Hazırda əsas istəyimiz komandaya səviyyəli pleymeyker gətirməkdi. Çünki Zlatinov "çatdırmır". Onu da deyim ki, yarımmüdafiəçi portuqaliyalı, hücumçu isə fransız olacaq".

Qeyd edək ki, yeni futbolçular komandaya Antalyadakı təlim-məşq toplanışında qoşulacaqlar.

   Mənbə: Premyerliqa.az