Elnur Abdulov: ""İnter"in çempion olmasını çox istərdim" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
06.01.12 17:24

alt   “İnter”in gənc futbolçusu Elnur Abdulov Yeni İli keçirməsindən danışdı, başa vurduğumuz ildən söz açdı və 2012-ci il ildən nələr gözlədiyindən bəhs etdi.

-Elnur, Yeni İli necə qarşıladın?


-Yeni İli ailəmlə birlikdə qarşıladım. Mən bayramları məhz belə keçirməyi xoşlayıram.

-Bu il kiməsə Yeni İl hədiyyələri təqdim etdinmi?

-Bəli, ailə üzvlərimə və yaxın dostlarıma hədiyyələr verdim. Onlar da mənə hədiyyə etdilər.

-Uşaq ikən Yeni İl bayramında sənə verilən hansı hədiyyə daha çox yadında qalıb?

-Xatırlayıram, Yeni İldə evimizə Şaxta Baba gəlmişdi. O zaman çox balaca idim və bu, mənim üçün əsl Yeni İl sürprizi olmuşdu.

-Ötən il sənin üçün necə alındı?

-Hesab edirəm ki, 2011-ci il mənim üçün kifayət qədər uğurlu alındı. Əvəzedici heyətdə bir neçə il keçirdikdən sonra “İnter”in əsas heyətinə düşməyi bacardım və düşünürəm ki, bu, mənim üçün ötən ildə ən yadda qalan hadisə oldu.

-2011-ci ili “İnter” üçün uğurlu hesab etmək olarmı?

-Əlbəttə, ilin əvvəlində Birlik Kubokunda əldə etdiyimiz uğuru bayram etdik, ilin ikinci yarısında yaxşı futbol sərgilədik və nəticədə “İnter” ard-arda 15 oyundur məğlub olmur. Bu rəqəmlər çox məramdan xəbər verir.

-2012-ci ildən nə gözləyirsən?

-Qələbələr gözləyirəm. “İnter”in çempion olmasını və kubokda uğur qazanmasını çox istəyirəm. Bu il məqsədlərimizə çatacağımıza ümid edirəm.

 Mənbə: İnter.az