"İnter"in hazırlıq planı məlum oldu PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
04.01.12 07:58

 alt  "İnter" komandası istsrahətdən yanvar ayının 9-də qayıdıcıq.10 və 11-də həkim müayinəsindən keçən futbolçular yanvarın 13-dən etibarən məşqlərə başlayacaqlar.Yanvar ayının 15-də səhər saatlarında Antalyaya təlim-məşq toplanışına yollanan komanda fevral ayının 4-nə qədər üç yoldaşlıq oyununda qüvvəsini sınayacaq.Belə ki,ayın 19-da “İnter” Almaniyanın “Karlsrue” komandasıyla yoldaşlıq oyunu keçirəcək. Yanvarın 25-də Qazaxıstanın “Atırau” komandasıyla qarşılaşacaq “İnter” yoxlama oyunlarını fevralın 4-də Bolqarıstan Çempionatının lideri olan “Ludqorets” komandasıyla keçirəcəyi matçla yekunlaşdıracaq.

   Bundan əlavə Toplanış çərçivəsində komandamız “Antalya Trofi”adlı turnirə qatılacaq. 6 komandanın mübarizə aparacağı turnir yanvarın 28-dən fevralın 2-dək davam edəcək. Komandalar 2 qrupa ayrılacaq və hər qrupda 3 komanda mübarizə aparacaq.
Qeyd edək ki, “İnter” Avstriyanın “Şturm”(Qrats) və Rumıniyanın “Universitatea Cluj" komandalarının olduğu qrupda mübarizəyə qoşulacaq. Komandamız yanvarın 28-də avstriyalılarla, 30-dasa rumınlarla qarşılaşacaq. Fevralın 2-də 1-ci,3-cü və 5-ci yerlər uğrunda oyunların keçiriləcəyi planlaşdırılır.
Əlavə edək ki, ikinci qrupda Rumıniyanın “Vitorul Konstanta”, Xorvatiyanın RNK “Split” və Ukraynanın “Vorskla”(Poltava) komandaları çıxış edəcək.