Asif Mirili: "Əsas heyətdə meydana çıxmağım mənim üçün ötən ilin ən uğurlu məqamı idi" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
04.01.12 07:39

alt   "İnter"in gənc futbolçusu müsahibəsində 2011-ci ildə özünün və komandasının çıxışı haqqında danışıb.

   - Yeni ili necə və harada qarşıladın?

- Evdə. Atam, anam və bacılarımla birlikdə qarşılaşdım. Hər şey super keçdi.

- Ölkə xaricinə getmək fikrin yoxduki?


- Xeyr, belə bir fikrim yoxdur. Artıq fərdi məşqlərə başlamışam.

- 2011-ci ildə sənin üçün ən yadda qalan nə oldu?


- "İnter"in əsas heyətində oyunlara çıxmağım mənim üçün ötən ilin ən uğurlu məqamı idi. Təbii ki, uğursuz məqamlar olurdu. "Şəfa"da "Simurq"la oyunda zədələnməyimi uğursuz məqam adlandırardım. Çünki həmin oyunda zədələndikdən sonra bir müddət oynaya bilməmişdim.

- Mövsümün əvvəlindən "İnter"in əsas heyətində meydana çıxmağa başladın. Bu sənin üçün gözlənilməz olmadıki?


- Düzünü desəm, gözləmirdim. Amma birinci oyundan sonra özümü buna hazır hiss etdim.

- Komandada sənə münasibət necədir?


- Bizim komandada hamı bir-birinə dəstək olur. Buna görə də, özümü meydanda rahat hiss edirdim. Mənə olan münasibət də yaxşıdır. Məşqçilər və futbolçulardan hər dəfə nəsə öyrənməyə çalışıram.

- Premyer liqaya öyrəşə bilmisən?


- Yavaş-yavaş öyrəşirəm. Amma hələ öyrənəsi çox şey var.

- "İnter"in qış fasiləsinə kimi çıxışını necə dəyərləndirərdin?


- Bu sualın cavabını elə neçə turdur ki, uğurlu çıxışımız verir. Biz hələ bundan da uğurlu çıxış edə bilərdik. Bəzi oyunlarda heçnədən xallar itirdik. Həmin matçlarda qələbə qazansaydıq, indi birinci pillədə idik və ən yaxın izləyicilərimizi azı 4-5 xal qabaqlayırdıq.

- Şaxta babadan hansı hədiyyəni gözləyirdin?


- Şaxta babanın olmadığını bilirəm axı. Ona görə də onun mənə hədiyyə verəcəyini gözləmirdim.

- Yaxşı, özün Şaxta baba olsaydın futbolçularımıza hansı hədiyyəni verərdin?


- Əsas millinin formasını.

- Niyə?


- Çünki fikrimcə, futbolçu üçün bu formadan dəyərli bir hədiyyə yoxdur.

- Bayramlarda hansı yeməyi ləzzətlə yeyirsən?


- Plov və dolmanı çox xoşlayıram.

- Ölkəmizdə bəzi futbolçular var ki, gənc yaşlarında parlayan kimi "ulduz xəstəliyi"nə tutulurlar. Bəs səndə necə, bu kimi problem yoxdu ki?


- İnşallah məndə belə şeylər olmaz. Bu insanın özündən asılı olmur. Hər halda çalışacam ki, bu cür "xəstəliklər" məndən uzaq olsun.

- 2012-ci ildən nə gözləyirsən?


- Çox şey gözləyirəm. Ən əsası da uğurlar. Çalışacam ki, bu il mənim üçün yaxşı keçsin və "İnter"in heyətində çempion olum.

- Əsas millidən dəvət gözləyirsənmi?


- İndi U-21 millisinin üzvüyəm. Komandanın əsas heyət üzvü olduqdan sonra əsas milli barəsində düşünəcəm.

Mənbə: Premyerliqa.az