| Baçana Sxadadze: "Şadam ki,ili yüksək əhval ruhiyyədə başa vurduq" |
|
|
|
| Yazan Həsənov |
| 24.12.11 05:11 |
|
“Çox ağır və kobud oyun oldu.Bəzi epizodlarda “Simurq” komandasının futbolçuları kobudluğa əl atırdılar.Biz yaratdığımız qol epizodlarından yararlanıb ikinci qolu tez vursaydıq qarşılaşma sakit məcarada keçərdi.Buraxılan ikinci qoldan sonra rəqib komandanın futbolçuları məğlubiyyətlə barışdılar.Mən şadam ki,biz ili yüksək əhval ruhiyyədə başa vurduq”.
“Həmən epizodda kobudluq var idi.Mən topa getdiyim an rəqib komandanın müdafiəçisi mənə dirsək zərbəsi endirdi və layiq olduğu cəzanı aldı”.
“Bu məğlubiyyətsizlik seriyasını komanda oyunu,qələbə ruhu və düzgün məşqçi işi nəticəsində əldə etmişik.Komandamızın baş məşqçisi bizi ayrı-ayrılıqda hər oyuna həm taktiki və həm də psixoloji planda yüksək səviyyədə hazırlayır”.
“Azarkeşlərimiz ilə Yeni il bayramından sonra görüşəcəyik.Yeni ildə hamıya uzun ömür ,can sağlığı və səadət arzu edirəm”. |




“İnter” komandasının hücumçusu Baçana Sxadadze “Simurq” ilə qarşılaşmadan sonra oyun haqqında fikirlərini bizimlə bölüşüb: