Georgi Lomaya: "Əsas vurulan qolların sayı yox,komandanın uğurlu nəticələridir" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
24.12.11 04:06

 alt  “İnter” komandasının qapıçısı Georgi Lomayanın saytımıza verdiyi müsahibə.


- “Simurq” komandası ilə oyun komandanız üçün necə keçdi?


- Oyun komandamız üçün yaxşı keçdi.Hər iki hissədə ərazi üstünlüyü bizim tərəfimizdə idi və rəqib komandanın qapısı qarşısında bir çox qol vəziyyətləri yaratdıq.


- Çempionatın 3-cü turundan sonra “İnter” məğlub olmayıb...


- Bu məğlubiyyətsizlik seriyasında klub rəhbərliyi,məşqçilər korpusu,texniki işçilər,futbolçular və azarkeşlərin əməyi danılmazdır.Biz hamımız bir ailəyik və hər kəs komandanın uğuru üçün əlindən gələni əsirgəməməlidir.


- Çempionatda ən az qol vuran məhz “İnter”dir.Bunun nə ilə əlaqələndirərdiniz?


- Əsas vurulan qolların sayı yox,komandanın uğurlu nəticələridir.


- “İnter”in qapısına təyin olunan 4 penaltidən 3-nü dəf etmisiniz.Bunun sirrinədədir?


- Düzünü desəm hüç özüm də bilmirəm.Hərdən topun vurulan küncü tapıram,hərdən də ki,intuisiyam mənə kömək edir.


- Bu gün komandanızın azarkeşləri tribunada yox idilər.Onların yoxluğu hiss olunurdu?


- Əlbəttə ki,öz azarkeşlərimiz qarşısında oynamaq bizim üçün daha xoşdur.Yeri gəlmişkən qarşıda Yeni il bayramı gəlir və mən sizin vasitəniz ilə azarkeşlərimizə uzun ömür,can sağlığı və yeni ildə uğurlar arzulayıram.