Georgi Çixradze: "Oyun çox çətin və kobud keçdi" PDF faylını al Çap E-poçt
Yazan Həsənov   
21.12.11 17:57

 alt  Unibank Premyer liqasının XVIII-ci turunda keçirilən "Simurq" - "İnter" oyunundan sonra mətbuat konfransı təşkil olundu.

   Georgi Çixradze, “İnter” klubunun məşqçisi: “Oyun çox çətin, kobud keçdi. Biz bura 3 xal əldə etmək üçün gəlmişdik. “Simurq” da özünə lazım olan xalı qazanmaq istəyirdi. İlin sonuncu oyunu idi. Biz ili qələbə ilə başa vurmaq istəyirdik. Öz komandamı təbrik edirəm və rəqibə gələcək oyunlarda uğurlar arzulayıram”.

   Sergey Yuran, “Simurq” klubunun baş məşqçisi: “Oyunun əvvəlində qapımıza penalti təyin edildi. Bundan sonra komandanın oyunu sındı. İkinci hissədə isə müdafiəçimizə qırmızı vərəqə göstərildi. Komandamın əziyyətinə heyfim gəlir. Futbolçuları yanıma çağırmaqda məqsədim onları sakitləşdirmək idi. İstəmədim onlar arasında münaqişə yaransın”