Unibank Premyer Liqasının XVIII-ci turunda “İnter” komandası Zaqatalada yerli “Simurq” ilə qarşılaşırdı.Çempionatın III-cü turundan sonra məğlub olmayan “bankirlər” bu qarşılaşmada cütün favoriti idi.Zaqatala şəhər stadionunun meydançasına “İnter” 5-4-1 taktiki düzülüş ilə çıxmışdı.Qapını Georgi Lomaya qoruyurdu.Onun önündə Arif Daşdəmirov,Danildo Assioli,Vladimir Levin,Petar Xrappan və İlia Kandelakidən ibarət müdafiə xətti qərarlaşmışdı.Dayaq yarımmüdafiəçisi funksiyasını Bronislav Çervenkoya etibar edən Kaxaber Sxadadze,pleymeyker kimi İbrahima Niasseyə güvənmişdi.Yarımmüdafiənin canahlarında Asif Məmmədov və Samir Zərgərov hücumda olan Baçana Sxadadzeni topla təmin etməli idilər.
Qarşılaşma “İnter”in hücumları ilə başladı.İlk hücumda künc zərbəsi qazanan “bankirlər” ev sahiblərinin qapısı qarşısında təhlükə yaratdılar.Asif Məmmədovun künc zərbəsindən göndərdiyi topa Vladimir Levin baş qoysa da top aza fərqlə qapının üstündən keçib meydanı tərk etdi.”Simurq”da meydana qələbə üçün çıxdığını ilk dəqiqələrdən hiss etdirməyə çalışırdı və imkan düşdükcə hücumlar qururdu.Belə hücumların birində Andrey Rubins qapıçı ilə üz-üzə qalsa da zərbə endirməyə gecikdi və Petar Xrappan təhlükəni sovuşdurdu.Oyunun 12-ci dəqiqəsində Qarşılaşmanın 12-ci dəqiqəsində Vladas Alunderis öz cərimə meydançasında Asif Məmmədova qarşı qaydanı pozur və görüşün baş hakimi Elvin Əsgərov ev sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edir.Nöqtəyə yaxınlaşan Baçana Sxadadze dəqiq zərbə ilə komandasını hesabda önə çıxarır.Mərkəzdən oyuna başlayan “Simurq” dərhal hücum təşkil edir və Andrey Rubinsin təhlükəli zərbəsini Georgi Lomaya kornerə çıxarır.Buraxılan qoldan sonra ev sahibləri fəallaşırlar.”Simurq” təşşəbbüsü ələ alsa da təhlükəli hücum təşkil etməyə çətinlik çəkirdi.İlk yarının ortalarında “Simurq təhlükəli nöqtədən cərimə zərbəsi qazanır,lakin Robertas Poşkuşun zərbəsi canlı səddə tuş gəlir.Qarşılaşmanın 30-cu dəqiqəsində “İnter” ikinci qolu vurmağa yaxın olsa da Samir Zərgərov bu şansdan yararlana bilmir.Bundan bir dəqiqə sonra Daniel Genov təhlükəli zərbə ilə yadda qalır.Oyunun 33-cü dəqiqəsində “Simurq” komandasının müdafiəçisi Aleksandr Şemonyayev kobud oyuna görə sarı vərəqə ilə cəzalanır.Birinci hissənin son on dəqiqəsində “bankirlər” təşşəbbüsə yiyələnirlər və ard-arda hücumlar təşkil edirlər.Lakin Baçana Sxadadzenin ara ötürməsinə çata bilməyən Samir Zərgərov,Arif Daşdəmirovun cinahdan asmasını da tora qovuşdura bilmir.Buna qədər isə İlia Kandelakinin cinahdan ötürməsindən sonra Baçana Sxadadze qapıya zərbə endirsə də Adnan Hodziç komandası qoldan xilas edir.Birinci hissədə əlavə olunmuş bir dəqiqədə qapılar qarşısında təhlükə yaranmır və “İnter” fasiləyə üstün durumda yollanır.
İkinci hissəyə “İnter” oyunçu dəyişikliyi ilə çıxır.Samir Zərgərovun yerinə meydana Nizami Hacıyev çıxır.İkinci hissənin ilk təhlükəli hücumu ev sahiblərindən gəlir və D.Genovun baş zərbəsindən sonra top qapının üstündən keçir.Oyunun 46-56-cı dəqiqələri aralığında qarşılaşmanın baş hakimi üç dəfə əlini cibinə atıb futbolçuları cəzalandırmağa məcbur olur.49 və 52-ci dəqiqələrdə kobud oyuna görə Baçana Sxadadze və Arif Daşdəmirova sarı vərəqə göstərən referi,55-ci dəqiqədə Baçana Sxadadzeyə dirsək zərbəsi endirən İlkin Qırtımovu qırmızı vərəqə ilə meydandan qovur.Bundan 5 dəqiqə sonra Asif Məmmədovun cinah ötürməsinə İbrahima Niasse çata bilmir.Qarşılaşmanın 63-cü dəqiqəsində “bankirlər” ikinci oyunçu dəyişikliyi edirlər və zədələnmiş Baçana Sxadadzenin əvəzinə meydana Enyo Krastovçev daxil olur.İkinci hissənin ortalarında “İnter” azlıqda qalmış rəqibinə göz açmağa imkan vermir və ard-arda hücumlar təşkil edir.Belə hücumların birində İbrahima Niasse,ardınca isə Enyo Krastovçevin zərbələrə müdafiəçiyə tuş gəlir.Qarşılaşmanın 67-ci dəqiqəsində “Simurq” komandasının cərimə meydançasıının qarşısında Nizami Hacıyevə qarşı edilən kobudluğa görə baş hakim ev sahiblərin qapısına cərimə zərbəsi təyin edir.Buna etiraz edən “Simurq”un baş məşqçisi Sergey Yuran komandanı meydandan çıxarmaq qərarı verib əli ilə oyunçulara meydanı tərk etmək işarəsi verir.Lakin komanda rəhbərliyinin işə qarışmasından sonra futbolçular meydanda qalıb oyunu davam etdirirlər.Bu qarşılıqlıqda hakimi təhqir edən Sergey Yuran görüşün baş hakimi Elvin Əsgərov tərəfindən texniki zonadan qovulur.Azarkeşlər tərəfindən meydana atılan yad əşyalardan biri baş hakimin alnını yarır və qonaq komanda həkimlərinin tibbi yardımından sonra Elvin Əsgərov oyunu davam etdirir.Qarşılaşmanın 72-ci dəqiqəsində “Simurq” oyunçu dəyişikliyi edir və Qərib İbrahimovun yerinə meydana Əli Bağırov daxil olur.Bundan bir dəqiqə sonra Asif Məmmədovun ideal ötürməsinə Nizami Hacıyev çata bilmir.Oyunun son 15 dəqiqəsi tam “İnter”in üstünlüyü şəraitində keçir.74 və 76-cı dəqiqələrdə qonaqlar hesab arasındakı fərqi artıra bilərdi.Lakin Nizami Hacıyevin cərimə zərbəsindən sonra Adnan Hodziç komandasını qoldan xilas edir,ikinci epizodda isə Asif Məmmədov qapıçı ilə üz-üzə qalsa da zərbə endirmək əvəzinə topu daha əlverişli mövqedə qərarlaşan Nizami Hacıyevə ötürmə etsə də sonuncu topa zərbə endirə bilmir.Qarşılaşmanın 77-ci dəqiqəsində “Simurq” daha bir oyunçu dəyişikoiyi edir və Daniel Genovun əvəzinə meydana Kristap Qrebis daxil olur.Son 10 dəqiqəni üç hücumçu ilə keçirən “Simurq” komandasını “İnter” 88-ci dəqiqədə cəzalandırır və Nizami Hacıyevin ötürməsindən sonra Enyo Krastovçev topu qapıdan keçirir (0:2).Oyuna əlavə olunmuş dəqiqələrdə Robertas Poşkuşun baş zərbəsi dirəyə tuş gələndən sonra baş hakimin final fiti “İnter”in qələbəsini rəsmiləşdirir.